Qanunsuz ağac kəsdiyi üçün vəzifəli şəxs cərimə edilmişdir
Bakı, 17 mart (AZƏRTAC). Zərdab şəhər sakini Əlayib Həsənovun Ekologiya və Təbii Sərvətlər Nazirliyinə (ETSN) göndərdiyi şikayət məktubuna əsasən nazirliyin əməkdaşları yoxlama keçirmişlər.
ETSN-in mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, araşdırma zamanı Zərdab şəhəri Heydər Əliyev prospektində aparılan abadlıq və yenidənqurma işləri ilə əlaqədar yaşıllıq zolağındakı şam ağaclarının kəsildiyi məlum olmuşdur.
Faktla bağlı protokol tərtib edilmiş, Zərdab Kommunal Müəssisələri Kombinatının direktoru Abuzər Mikayılov vəzifəli şəxs qismində 3500 manat cərimə olunmuşdur. Eyni zamanda yeni ağacların əkilməsi üçün kombinata bir ay müddətinə məcburi göstəriş verilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [12:22]
Sabah 33 dərəcə isti olacaq
- 10.06.2026 [09:29]
Xəzər dənizində zəlzələ olub VİDEO
- 09.06.2026 [15:27]
2026-cı ilin mayı tarixə qlobal daşqınlar ayı kimi daxil olub
- 08.06.2026 [12:48]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 08.06.2026 [10:31]