Qara Qarayev: Bütün fikrimiz cəbhə xəttində mübarizə aparan hərbçilərimizin yanındadır
Bakı, 12 oktyabr, AZƏRTAC
Monteneqro ilə görüşü adət etmədiyimiz vaxtda oynadıq. Meydanın vəziyyəti də istənilən səviyyədə deyildi. Təbii ki, bunlar bəhanə olmamalıdır. Məğlubiyyət futbolçularda narahatlıq yaradıb.
AZƏRTAC xəbər verir ki, bunu UEFA Millətlər Liqası çərçivəsində Kipr millisi ilə qarşılaşacaq Azərbaycan millisinin müdafiəçisi Qara Qarayev oktyabrın 12-də təşkil olunan mətbuat konfransında deyib.
Futbolçu bildirib: “Kipr millisi ilə qarşılaşmaya daha çox diqqət ayırmışıq. Baş məşqçi rəqibin oyunlarını kifayət qədər təhlil edib. Biz də lazım olan məlumatı toplamışıq. Kiprin heyətində dəyişiklik var. Əlimizdən gələni edəcəyik ki, sabah qələbə qazanaq. İndiki vəziyyətdə oyuna köklənmək çox çətindir. İstirahət vaxtlarımızda ölkədə və cəbhədə baş verən hadisələri izləyirik. Bu cür məlumatlar əsasında oyuna köklənmək işimizi çətinləşdirir. Çünki bütün fikrimiz cəbhədə mübarizə aparan hərbçilərimizin yanındadır. Onlar canları bahasına orada mübarizə aparırlar. İnanıram ki, bu dəfə daha yaxşı motivasiya olacaq və lazımi nəticəni əldə edəcəyik”.
Qeyd edək ki, Azərbaycan-Kipr oyunu oktyabrın 13-də Albaniyadakı "Elbasan Arena”da keçiriləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.06.2026 [16:00]
Dünya çempionatının fərdi mükafatları ictimaiyyətə təqdim olunub
- 12.06.2026 [15:38]
Rəşad Sadıqov: Braziliya millisi çempionluğa əsas namizəddir
- 12.06.2026 [15:36]
“Gəncə” heyətini yeni voleybolçu ilə gücləndirib
- 12.06.2026 [15:23]
NBA-nın final seriyasının oyununda hakim səhvi etiraf olunub
- 12.06.2026 [14:49]
Azərbaycan avarçəkəni Avropa çempionu olub
- 12.06.2026 [13:57]
Budapeştdə Avropa Olimpiya Komitələrinin Baş Assambleyası işə başlayıb
- 12.06.2026 [12:46]
“Sumqayıt”ın müdafiəçisi əməliyyat olunub
- 12.06.2026 [12:16]