“Qarabağ” – “Sumqayıt” oyununun stadionu dəyişdirilib
Bakı, 25 sentyabr, AZƏRTAC
Azərbaycan Premyer Liqasının VIII turunda keçiriləcək “Qarabağ” - “Sumqayıt” oyununun yeri dəyişdirilib.
AZƏRTAC Peşəkar Futbol Liqasının (PFL) rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma Tofiq Bəhramov adına Respublika Stadionunda deyil, “Azersun Arena”da keçiriləcək.
PFL-ə müraciət edən Ağdam klubu mərkəzi arenadakı təmir-bərpa işləri ilə əlaqədar görüşün yerinin dəyişdirilməsini xahiş edib.
Klubun rəsmi müraciətini, Respublika Stadionunda aparılan işləri, eləcə də “Azersun Arena”nın mövsümdən öncə Premyer Liqa oyunları üçün qəbul edildiyini nəzərə alan qurum “Qarabağ”ın istəyinə müsbət cavab verib.
Görüşün günü və saatı ilə bağlı isə heç bir dəyişiklik yoxdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [16:15]
“Qarabağ” “Zirə” klubu ilə qarşılaşacaq
- 01.10.2026 [16:08]
“Nyukasl” 1988-ci ildən bəri ilk dəfə loqosunu yeniləyib
- 01.10.2026 [15:38]
“Neftçi” yoxlama oyunu keçirəcək
- 01.10.2026 [15:26]
Azərbaycan voleybol millisi hazırlığını Qubada davam etdirir
- 01.10.2026 [13:41]