Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qarabağda kəşf edilmiş arxeoloji mədəniyyətlər

Qarabağda kəşf edilmiş arxeoloji mədəniyyətlər

Bakı, 26 may, AZƏRTAC

Azərbaycanın bütün əraziləri qədim tarixin hər bir mərhələsinə aid abidələrlə zəngindir. Əlverişli təbii-coğrafi şərait ən qədim zamanlardan bu ərazilərdə insan məskunlaşmasını şərtləndirib. Cənubi Qafqazın ayrı-ayrı bölgələrində lokal məkan çərçivəsində qədim tarixin müxtəlif mərhələlərinin abidələri aşkar edilib. Lakin Qarabağ, Naxçıvan və Gəncə-Qazax bölgələrinin maddi mədəniyyətində tarixi dövrlərin ardıcıllığı daha aydın şəkildə izlənilir.

Bu fikirlər AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktor müavini, tarix elmləri doktoru, professor Nəcəf Müseyiblinin “Qarabağda kəşf edilmiş arxeoloji mədəniyyətlər” sərlövhəli məqaləsində yer alıb. AZƏRTAC məqaləni təqdim edir.

Qarabağ ərazisində yalnız Mezolit (orta daş) dövrü istisna olmaqla bütün tarixi-arxeoloji dövrlər çoxsaylı abidələrlə təmsil olunub. İşğaldan azad edilmiş Qarabağ və ətraf rayonlarda hələ sovet dövründə bir sıra səbəblərdən ətraflı arxeoloji tədqiqat işləri aparılmayıb. Ermənistanın bu əraziləri işğal etməsi səbəbindən son 30 ilə yaxın müddətdə həmin ərazilər Azərbaycan alimləri üçün əlçatmaz olub. Yaxın illərdə bu bölgədə aparılacaq arxeoloji axtarış işləri nəticəsində bu günə qədər elmə məlum olmayan çoxsaylı abidələrin aşkar ediləcəyinə şübhə yoxdur. Eyni zamanda, bu ərazilərdə Mezolit dövrünə aid abidələrin də qeydə alınacağı istisna deyildir. Ərazinin zəngin təbii-coğrafi şəraiti belə düşünməyə əsas verir.

Müəyyən ərazilərdə əsasən ilk klassik dövlətlərin meydana çıxmasına qədərki dövrlərə aid tədqiq edilən arxeoloji abidələr, aşkar edilmiş maddi mədəniyyət nümunələri səciyyəvi xüsusiyyətlərinə görə (abidələrin, tapıntıların digər bölgələrdəki abidələrdən və tapıntılardan seçilən tipoloji, xronoloji fərqləri əsasında) elmdə “arxeoloji mədəniyyət” anlayışında birləşdirilir. Elmdə ilk dövlətlər dövrünə aid maddi mədəniyyət ənənələrinin də arxeoloji mədəniyyətlər tipində qruplaşdırılması halları da mövcuddur. Arxeoloji mədəniyyətlərin adları şərtidir və ilk tədqiq edilən abidənin/abidələrin, onların yerləşdiyi bölgənin və ya spesifik arxeoloji materialların adları ilə ifadə edilir. Arxeoloji mədəniyyətlər, onlarda qruplaşdırılmış abidələr konkret coğrafiyada yaşamış qədim əhalinin həyat tərzinin, dəfn adətlərinin, istehsal mədəniyyətinin məcmusunu özündə birləşdirir. Bu baxımdan arxeoloji mədəniyyətlər həm sadalanan elmi problemlərin, həm də etnogenez tarixinin ilk mərhələlərinin öyrənilməsi üçün böyük əhəmiyyətə malikdir.

Elmi tədqiqatlarla bütövlükdə Cənubi Qafqaz üzrə 10-dan artıq arxeoloji mədəniyyət müəyyən edilib. Onlardan dördü Qarabağda, daha dəqiq Xocalı, Xocavənd və Ağdam rayonlarındakı abidələrin arxeoloji tədqiqatları əsasında kəşf edilib. Bu, bir daha Qarabağın tarixin müxtəlif mərhələlərinə aid arxeoloji abidələrlə çox zəngin bir bölgə olduğunun əyani göstəricisidir.

Xronoloji ardıcıllığa görə, Qarabağda kəşf edilmiş ən qədim arxeoloji mədəniyyət Paleolit dövrünə aid “Quruçay mədəniyyəti”dir. 1960-cı ildə Məmmədəli Hüseynov tərəfindən Hadrut rayonunda (indi Xocavənd rayonunun ərazisinə daxildir), Quruçay çayının dərəsinə yaxın yerdə yerləşən Azıx mağarasında qədim daş dövrünə aid ibtidai insan düşərgəsini aşkar edib. Onun rəhbərliyi ilə bu arxeoloji abidədə 20 ildən artıq qazıntı işləri aparılıb, ümumi qalınlığı 14 m-dən çox olan 10 mədəni təbəqə tədqiq edilib. Düşərgənin alt təbəqələri yuxarıdakılardan həm geoloji strukturuna, həm də daş alətlərin xüsusiyyətinə görə seçilir. Bu təbəqələrdə, xüsusilə də 10-cu təbəqədə daha primitiv, kobud daş alətlər - “iki əllə istifadə edilmiş iri daş alətlər (qiqantolitlər)” aşkarlanıb. Bu alətlərin özünəməxsus, lokal xüsusiyyətlərinə görə professor M.Hüseynov 7-10-cu təbəqələr əsasında “Quruçay arxeoloji mədəniyyəti”ni kəşf edib.

Keçən əsrin 80-ci illərinin əvvəllərində İdeal Nərimanov Ağdam rayonunun Quzanlı kəndi yaxınlığında Leylatəpə adlandırılan Xalkolit dövrünə (e.ə. V minilliyin sonu - IV minilliyin birinci yarısına) aid yaşayış yerində arxeoloji qazıntılar zamanı Cənubi Qafqazın həmdövr abidələrinin tapıntılarından kəskin seçilən maddi mədəniyyət qalıqları aşkar edib. Görkəmli alim bu tapıntıların məcmusunu abidənin adı ilə “Leylatəpə mədəniyyəti” adlandırıb, onun mənşəyinin isə qədim Mesopotamiya ilə bağlı olduğunu qeyd edib. Son 15-16 ildə Azərbaycanda aparılmış arxeoloji araşdırmalarla Leylatəpə mədəniyyətinin daha geniş arealda yayıldığı, Şərqi Anadolu və Şimali Mesopotamiya ilə bağlı olduğu, bu mədəniyyətin bazasında Şimali Qafqazda Maykop mədəniyyətinin yarandığı müəyyən edilib, bu mədəniyyət beynəlxalq elmdə öz təsdiqini tapıbdır. Yaşayış yerlərinin özünəməxsus tikililəri, vəfat etmiş körpə uşaqların saxsı qablarda dəfn edilməsi, dulus çarxında formalaşdırılmış yuvarlaq altlıqlı, bəzən üstündə dulusçu işarələri olan saxsı qabların istehsalı və s. Leylatəpə arxeoloji mədəniyyətinin başlıca göstəriciləridir.

Orta Tunc dövründə (e.ə. II minilliyin birinci yarısı) Cənubi Qafqazda bir neçə arxeoloji mədəniyyətlər yayılmışdır. Keçən əsrin 50-ci illərində Ağdam şəhəri yaxınlığındakı Üzərliktəpə qədim yaşayış yerində aparılmış arxeoloji qazıntılar aşkar edilmiş maddi mədəniyyət qalıqlarının, xüsusilə də kütləvi istehsalın məhsulu olan keramika nümunələrinin fərqli xüsusiyyətlərini müəyyən etdi. Sonrakı illərdə qazıntının müəllifi (K.Kuşnaryova) və digər erməni əsilli arxeoloqlar Üzərliktəpənin tapıntılarını indiki Ermənistan ərazisindəki abidələrin materialları ilə eyniləşdirərək bütün bu abidələri “Sevan-Üzərlik qrupu” kimi müəyyənləşdiriblər. Mil-Qarabağın bir sıra digər abidələrində də Üzərliktəpə tipli tapıntılar aşkarlanıb.

Lakin Üzərliktəpəni Cənubi Qafqazın digər Orta Tunc dövrü abidələrindən fərqləndirən iki əsas cəhət var. Birincisi, Üzərliktəpənin səciyyəvi keramika məmulatı qara və ya tünd boz rəngli, üzəri basma-kəsmə üsulu ilə naxışlanmış tipoloji seçilən qablardan ibarətdir. Burada boya naxışlı keramika cəmi 2 % təşkil edir. Halbuki Cənubi Qafqazın digər Orta Tunc dövrü abidələrinin saxsı qablarının böyük əksəriyyəti məhz boyalı qablardır. İkincisi, Üzərliktəpənin mədəni təbəqəsinin alt qatları əvvəlki İlk Tunc dövrü ənənələri ilə bağlanır ki, bu da qədim mədəniyyətlərin varisliyi məsələsinin tədqiqi üçün mühüm əhəmiyyət kəsb edir. Buna görə də bu yaşayış yerindəki maddi mədəniyyət qalıqlarını və bu tipli tapıntıların məlum olduğu abidələri “Üzərliktəpə mədəniyyəti” adı altında birləşdirmək daha düzgündür.

Son Tunc-İlk Dəmir dövrü (e.ə. II minilliyin ikinci yarısı-I minilliyin əvvəlləri) Cənubi Qafqazda, o cümlədən Azərbaycan ərazisində əhalinin sürətli artımı, sıx məskunlaşma, maddi istehsalın yüksək inkişafı, yerli zəmində ilk klassik dövlətlərin meydana çıxma ərəfəsi ilə səciyyələnir. Şimali Azərbaycanda bu dövrə aid abidələrin tədqiqatları ilə üç arxeoloji mədəniyyət - Xocalı-Gədəbəy, Naxçıvan və Talış-Muğan mədəniyyətləri kəşf edilib.

Xocalı-Gədəbəy mədəniyyəti Azərbaycanın daha geniş ərazilərini, eyni zamanda, indiki Ermənistanı və Gürcüstanın şərq hissəsini əhatə edir. Bu mədəniyyətə aid səciyyəvi kütləvi tapıntılar (qara və boz rəngli, səthi cilalı, kəsmə-basma üsulu ilə həndəsi və zoomorf ornamentlərlə naxışlanmış saxsı qablar, silahlardan və bəzəklərdən ibarət tunc məmulatı, kurqanaltı torpaq və daş qutu tipli qəbirlərin kütləviliyi və s.) ilk dəfə hələ XIX əsrin axırlarında Qarabağda Xocalı ətrafında və Gədəbəydə aşkar edilib. Sonrakı dövrlərdə bu mədəniyyətə aid abidələr daha geniş arealda tədqiq olunub. İlk tədqiqat yerlərinə uyğun olaraq XX əsrin 30-cu illərindən başlayaraq bu qəbildən olan bütün abidələr “Xocalı-Gədəbəy mədəniyyəti” adı altında birləşdirilib. Bu mədəniyyət Azərbaycanda erkən dövlətçilik ənənələrinin, maddi və mənəvi mədəniyyətin, dəfn adətlərinin, etnogenez tarixinin tədqiqatları üçün zəngin elmi baza təşkil edir.

Beləliklə, Qarabağ Azərbaycanda nisbətən kiçik bir ərazi olmasına baxmayaraq, bütövlükdə Cənubi Qafqaz arxeologiyasında abidələrin, qədim mədəniyyətlərin zənginliyi ilə seçilən bir bölgədir. İşğaldan azad edilmiş bölgədə aparılacaq tədqiqatlar nəticəsində bu günə qədər elmə məlum olmayan çoxsaylı tarixi-arxeoloji abidələrin aşkar ediləcəyi labüddür.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Danimarka Almaniya ilə sərhəddə nəzarət tədbirlərini 2027-ci ilin mayınadək uzadıb

Xalq artisti: Hər obraz aktyordan yeni bir dünya yaratmağı tələb edir

Xalq artisti Nurəddin Mehdixanlının 70 illik yubileyi qeyd olunub

Prezident İlham Əliyevin adından AQEM-in 7-ci Zirvə Görüşünün iştirakçılarının şərəfinə şam yeməyi verilib VİDEO

Cəlilabadda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr diqqətə çatdırılıb

Müstəqilliyin möhkəmləndirilməsi və insan kapitalı: Babək rayonunda müşavirə

Prezident İlham Əliyev Tacikistan Prezidenti ilə görüşüb VİDEO

Milli birlik, güclü dövlətçilik və məqsədyönlü inkişaf Azərbaycanın gələcək uğurlarının təməlidir

Strateji hədəflər və milli maraqlar – Oğuzdakı müşavirədən qeydlər

Beynəlxalq Muğam Mərkəzində konsert: Alətlərin hekayəsi – Tar nə deyir?

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb  YENİLƏNİB VİDEO

Strateji inkişaf, ideoloji təhlükəsizlik və investisiya layihələri – Naxçıvanda müşavirə

İspaniyada macar qapıçı silahlı basqına məruz qalıb

Macarıstanın Baş naziri bu həftə Zelenski ilə görüşməyi planlaşdırır

İstanbulda güclü leysan: yolları su basdı, dərslər təxirə salındı, matç yarımçıq qaldı

Kəlağayı – milli irsimizin yaşadılan ənənəsi

“Qarabağda gənclər üçün yeni imkanlar və inkişaf perspektivləri” - panel görüşü

Rəşid Nurumov: Heydər Əliyev Mərkəzi müasir memarlığın möhtəşəm nümunəsidir

Qəbələdə müşavirə: YAP-ın VIII Qurultayının hədəfləri diqqət mərkəzində olub

Ukraynanın Lutsk şəhərinə dronla zərbə endirilib: 6 ölü, 13 yaralı

Gürcüstan hökumətinin nümayəndələri Aİ-nin forumunda iştirak etməyəcəklər

Göygöldə dövlət siyasətinin yerli səviyyədə icrası ilə bağlı müvafiq tapşırıqlar verilib

Belarus Milli Assambleyasının Nümayəndələr Palatasının sədri Ağdamda olub

Maliyyə Nazirliyinin nümayəndə heyəti BVF və Dünya Bankı Qrupunun illik toplantılarında iştirak edir

Bu saata olan əsas xəbərlər

“Lufthansa” Portuqaliyanın TAP aviaşirkətinə ortaq olur

“Rebuild Garabagh-2026” sərgisi işə başladı: Qarabağ Dirçəliş Fondu öz stendi ilə iştirak edir

YAP-ın VIII Qurultayının prioritetləri: AzTU-da müşavirə təşkil edilib

Güclü dövlətçilik və vətənpərvər gənclik gələcək inkişafımızın əsas dayaqlarıdır

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib

İrana Qasımova: Nizami yaradıcılığında poetik sözün gözəlliyi fəlsəfi məzmundan ayrılmazdır

Balakəndə YAP-ın VIII Qurultayına həsr olunmuş müşavirə təşkil edilib

Maliyyə təhlükəsizliyi: X nəslinin ehtiyatı, Z nəslinin azadlıq axtarışı - TƏHLİL

Məktəblərdə dünyəvilik və müasirlik prinsiplərinin qorunması vacibdir - Bədirxan Əhmədli

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub VİDEO

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib VİDEO

ƏMAS-da əməyin mühafizəsi üzrə ayrıca bölmə yaradılacaq

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib VİDEO

Prezident İlham Əliyev YAP-ın VIII Qurultayındakı nitqində ölkəmizin inkişafı ilə bağlı prioritetləri müəyyən edib

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb VİDEO

Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

Vahid geyim, səliqəli görünüş, ortaq məsuliyyət VİDEO

AAYDA-da YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Füzulidə dövlətimizin başçısının proqram xarakterli nitqindən irəli gələn tapşırıqlar diqqət mərkəzindədir

Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyası gücləndirilə bilər

“İmişli” komandasına müvəqqəti baş məşqçi təyin olunub

Özbəkistanda uşaqlara qarşı zorakılığa görə cəzalar sərtləşdirilib

Məktəblərdə vahid geyim forması dünyəvi təhsil prinsipinin qorunmasına xidmət edir - RƏY

Rusiyalı turist: Kəlağayı yürüşü özünəməxsusluğu və milli koloriti ilə diqqətimizi cəlb etdi

Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı üzrə hədəf göstəriciləri müəyyənləşdirilib

Hörmüzdə təhlükəsizlik risklərinin artması Yaxın Şərqdən neft və neft məhsulları ixracına yenidən təzyiq göstərir

“Mançester Siti”nin keçmiş futbolçusu Qətər klubuna keçib

Milli dəyərlər, ideoloji təhlükəsizlik və inkişaf hədəfləri - Beyləqanda müşavirə keçirilib

Kənd Təsərrüfatı Nazirliyi 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunur

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir VİDEO

Nyu-Yorkda “İrəvan tarixi sənədlərin dili ilə” kitabının ingilis dilində nəşrinin təqdimatı keçirilib

ATO rəhbəri: Müdafiə sənayesi dövlətlərin texnoloji müstəqilliyinin əsasını təşkil edir

Dmitri Şeqolev: Bakı çox rahat və eyni zamanda sürətlə inkişaf edən şəhərdir

“Rebuild Garabagh” sərgisi çərçivəsində “Qarabağ Hakatonu 2026” yarışması təşkil olunub

Prezident İlham Əliyevin YAP-ın Qurultayındakı nitqindən irəli gələn məsələlər Tovuzda müzakirə olunub

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

QHT sədri: Kəlağayı yürüşü milli irsimizi yaşatmaq və gələcək nəsillərə ötürmək məqsədi daşıyır VİDEO

Baş nazir: İraq region ölkələrinə hücumlar üçün ərazisindən istifadəyə icazə verməyəcək

Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir

Daş heykəllər: Dmanisidəki qoç heykəlləri nədən xəbər verir... REPORTAJ

® “Rabitəbank” 2026-cı ilin III rübü üzrə maliyyə nəticələrini açıqlayıb

ABŞ-nin addımı Avropanı ciddi düşünməyə vadar edib

Arzu Hacıyeva: Güclü dövlət birlik, həmrəylik və resursların ədalətli bölüşdürülməsi əsasında qurulur MÜSAHİBƏ

Vaqif Abışov: Məktəbli forması tələblərinə əməl olunması sağlam təhsil mühitinin vacib şərtidir

Naxçıvanda yaradıcılıq müsabiqələrinin qalibləri mükafatlandırılıb

Şərqşünaslıq İnstitutunda elmi konfrans - “Söz mülkünün Xaqanı”

Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası təşkil olunub

18 yaşında yazılan şəhidlik dastanı...

Qara Qarayevin əsəri İsveç musiqi məktəbinin repertuarına daxil edilib – EKSKLÜZİV

® “AccessBank” 2026-cı ilin 3-cü rübünün sonuna olan maliyyə hesabatını açıqlayır

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib

Beynəlxalq dil imtahanlarında uğurun sirləri: tələbələrə bu barədə tövsiyələr verilib

® “Azercell”in dəstəyi ilə Bakıda “AWS Agentic Football Cup” - süni intellekt komandaları arasında virtual futbol turniri keçiriləcək

Bakıda Azərbaycan və Kamboca Baş nazirlərinin görüşü olub

AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib

Buxarada “Arşın mal alan” operettası nümayiş etdirilib

Kazım Abdullayev: Şagirdlər təhsil müəssisəsinin daxili qaydalarına riayət etməlidirlər

“Şəki” ES-də indiyədək istehsal edilən elektrik enerjisinin həcmi açıqlanıb

BDU-da “Diplomatiya saatı”: XİN-in xüsusi tapşırıqlar üzrə səfiri ilə görüş

Cəzaçəkmə müəssisələrində peşə təhsilinin keyfiyyəti: ilkin layihə hazırlanıb

Qırğızıstan XTQ-nin nümayəndə heyəti Azərbaycana səfər edib

“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır

Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb

Türk general: Türkiyə-Azərbaycan münasibətlərinin gücü fərqli milli təcrübələrə hörmətdə və ortaq maraqların qorunmasındadır

“Təhsilalanların hüquq bələdçisi” layihəsi davam edir

BDU-da professor Misir Mərdanovun 80 illik yubileyi qeyd olunub

Azərbaycan Almatıdakı inklüziv və dayanıqlı iqtisadi artımın təşviqi ilə bağlı seminarda təmsil olunub

Azərbaycan və Laos arasında münasibətlərin ən güclü tərəfləri qarşılıqlı siyasi etimaddır ŞƏRH

® "Bir”dən sahibkarlar üçün güzəştlər: “Biznesdə birlikdə” proqramına müraciət üçün tələsin

Əlilliyi olan şəxslərin bank xidmətlərindən istifadəsi imkanları diqqətdədir

Kristof Leribo: Luvr təmir olunmasa, bağlanmalı olacaq

Milli-mənəvi dəyərlər, tolerantlıq və dünyəvilik - Azərbaycanın davamlı inkişafının əsası

Yunanıstanda fırtına və leysan daşqınlara səbəb olub

Sərdar Fərəcov: Uşaqların dünyəvi təhsili və hərtərəfli inkişafı əsas prioritet olmalıdır

BSU-da “Dil və mədəniyyət” forumu: iki ölkə arasında akademik əlaqələr diqqət mərkəzində