“Qarabağ”ın futbolçusu karyerasını Ukraynada davam etdirə bilər
Bakı, 26 fevral, AZƏRTAC
“Qarabağ”ın ukraynalı futbolçusu Aleksey Kaşuk karyerasını vətənində davam etdirə bilər.
AZƏRTAC-ın məlumatına görə, yarımmüdafiəçi Ukrayna Premyer Liqasının klublarından birinin maraq dairəsinə düşüb. Oyunçu ilə hansı komandanın maraqlandığı açıqlanmayıb. Onun əvvəlcə icarəyə veriləcəyi, müqaviləsinə isə sonradan birdəfəlik keçidi təmin edən bəndin daxil ediləcəyi ehtimal olunur.
Kaşuk 2024-cü ildən “Qarabağ”ın formasını geyinir. O, bu müddətdə Azərbaycan çempionatında 67 oyunda 11 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb. Cari mövsümdə Çempionlar Liqasında 8 matçda iştirak edən futbolçu 1 qola imza atıb. Ukraynalı yarımmüdafiəçi həmin görüşlərin yalnız birində start heyətində yer alıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.06.2026 [22:00]
Cəlal Hüseynov: San-Marinoya qarşı asan oyun olmayacaq
- 08.06.2026 [21:44]
Ayxan Abbasov: Bizə qələbə lazımdır
- 08.06.2026 [20:40]
“Şamaxı”nın yay hazırlıq planı məlum olub
- 08.06.2026 [18:30]
Serbiyanın idman naziri Azərbaycana gəlib
- 08.06.2026 [18:28]
Veteran futbolçu: Dünya çempionatında Braziliyanı favorit hesab edirəm
- 08.06.2026 [18:06]
“Şəfa”nın yeni mövsüm üçün hazırlıq planı müəyyənləşib
- 08.06.2026 [18:03]