“Qarabağ”ın UEFA Konfrans Liqasında mümkün rəqibləri müəyyənləşib
Bakı, 7 avqust, AZƏRTAC
“Qarabağ”ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki mümkün rəqibləri müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, UEFA Avropa Liqasında “Qarabağ”-HİK (Finlandiya) cütünün məğlubu mübarizəni qitənin üçüncü dərəcəli turnirdə davam etdirəcək.
Bu cütün potensial rəqiblərindən ikisi Avropa Liqasında üçüncü raundun məğlubu, üçü isə Konfrans Liqasında üçüncü təsnifat mərhələsinin qalibi olacaq.
“Qarabağ” - HİK cütünün Konfrans Liqasında mümkün rəqibləri:
“Valmiera” (Litva) - “Partizani” (Albaniya) cütünün qalibi.
“Farul” (Rumıniya) - “Flora” (Estoniya) cütünün qalibi.
“Struqa” (Şimali Makedoniya) - “Svift” (Lüksemburq) cütünün qalibi.
Avropa Liqasında “Zrinski” (Bosniya və Herseqovina) - “Breydablik” (İslandiya) cütünün məğlubu.
Avropa Liqasında “Astana” (Qazaxıstan) - “Ludoqorets” (Bolqarıstan) cütünün məğlubu.
Qeyd edək ki, bu gün keçiriləcək Konfrans Liqasının püşkatma mərasimi Bakı vaxtı ilə saat 16:00-da başlayacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.06.2026 [22:01]
Azərbaycan Avropa Olimpiya Komitələrinin Baş Assambleyasında təmsil olunub
- 13.06.2026 [20:36]
Azərbaycan avarçəkənləri Dünya Kubokunda medal qazanıblar
- 13.06.2026 [19:19]
Atletika üzrə Azərbaycan çempionatına yekun vurulub
- 13.06.2026 [19:13]
Azərbaycan atleti Nazim Babayev karyerasını bitirib
- 13.06.2026 [19:05]
Dünya çempionu olan çövkən üzrə Azərbaycan millisi mükafatlandırılıb
- 13.06.2026 [18:33]
Çövkən üzrə Azərbaycan millisi dünya çempionu olub
- 13.06.2026 [13:51]
Bakıda “RobotChallenge 2026” texnologiya yarışı start götürüb
- 13.06.2026 [12:03]