MƏDƏNİYYƏT
“Qaraca qız” Şuşa Teatrının səhnəsində
Bakı, 13 yanvar, AZƏRTAC
Yanvarın 14-də Şuşa Dövlət Musiqili Dram Teatrında Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Süleyman Sani Axundovun qələmə aldığı “Qaraca qız” hekayəsi əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş olunacaq.
Teatrdan AZƏRTAC-a verilən məlumata görə, tamaşanın quruluşçu rejissoru Əməkdar artist Loğman Kərimov, quruluşçu rəssamı Valeh Məmmədov, musiqi tərtibatçısı Asyaxanım Heydərovadır.
Qeyd edək ki, uşaqların mənəvi dünyası, həyatı, insanlığı sevmək və qiymətləndirməyi bacarmaq qabiliyyəti səhnə əsərində daha mənalı şəkildə əks olunub. 1948-ci ildə Azərbaycan uşaq dramaturgiyasının klassiki Abdulla Şaiq bu hekayə əsasında eyniadlı pyes yazıb. Həmin vaxtdan əsər ölkənin bir çox teatrlarında tamaşaya qoyulub.
Biletləri iTicket.az saytı və şəhərin kassalarından əldə etmək mümkündür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.04.2023 [18:14]
Teatr forumunun vaxtı dəyişdirilib
- 06.04.2023 [21:40]
“Azərbaycan sənədli kino salnaməsi” çərçivəsində növbəti tədbir
- 03.04.2023 [12:47]
Operasevərlər üçün “Bohema” növbəti dəfə
- 03.04.2023 [11:30]
“Jizel” baleti növbəti dəfə səhnədə
- 03.04.2023 [11:22]
Vladivostok teatrı doqquz gün Bakının qonağı olacaq
- 30.03.2023 [14:27]
Muğam Mərkəzinin səhnəsində premyera - “Meyvələrin söhbəti”
- 30.03.2023 [12:19]
Nicat Kazımovun 50 illik yubileyinə həsr olunan sənədli film təqdim olunub
- 29.03.2023 [17:49]