Qaradağ rayonunda ağacəkmə aksiyası keçirilmişdir
Bakı, 27 aprel (AZƏRTAC). Respublikamızda ekoloji vəziyyətin daha da yaxşılaşdırılması istiqamətində dövlətimizin başçısı tərəfindən həyata keçirilən irimiqyaslı layihələr və görülən işlər paytaxtımızı da gözəl məkana çevirir.
Qaradağ rayonunda da yeni ağacların əkilməsi və abadlıq işlərinin aparılması işləri böyük vüsət almışdır. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü münasibətilə keçirilmiş növbəti ağacəkmə aksiyasında Qaradağ Rayon İcra Hakimiyyətinin (RİH), idarə, müəssisə və təşkilatların nümayəndələri, sakinlər fəal iştirak etmişlər.
Qaradağ RİH-dən AZƏRTAC-a bildirmişlər ki, xeyirxah aksiya zamanı 11 qəsəbənin ərazisində və Bakı-Qazax (Astara) avtomagistralın rayon ərazisindən keçən hissəsində 5 mindən artıq müxtəlif ağac və bəzək kolları əkilmiş, minlərlə ağaca qulluq edilmiş, ərazilər məişət tullantılarından təmizlənmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [13:25]
Bəzi rayonlarda leysan xarakterli yağış yağır – FAKTİKİ HAVA
- 29.09.2026 [12:51]
Sabah Bakıda hava dəyişkən buludlu olacaq, bəzi rayonlarda yağış yağacaq
- 29.09.2026 [09:53]
Yağıntılı hava şəraiti müşahidə olunur – FAKTİKİ HAVA
- 28.09.2026 [17:00]
Sumqayıt Sənaye Parkının ərazisində 300-dək ağac əkilib
- 28.09.2026 [16:18]
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
- 28.09.2026 [14:50]
Leysan olacaq, dolu düşəcək, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ
- 28.09.2026 [13:13]
Sabah bəzi yerlərdə yağış yağacaq VİDEO
- 27.09.2026 [12:28]