Qarbinye Muquruza Qadın Tennisçilər Assosiasiyasının ilin yekun turnirinin qalibi olub
Bakı, 18 noyabr, AZƏRTAC
Qadın Tennisçilər Assosiasiyasının (WTA) Meksikanın Qvadalaxara şəhərində təşkil etdiyi ilin yekun turniri başa çatıb.
AZƏRTAC xəbər verir ki, planetin səkkiz ən güclü raketka ustasının mübarizə apardığı turnirin qalibi adını ispaniyalı Qarbinye Muquruza qazanıb. O, final qarşılaşmasında estoniyalı Annet Kontaveyti məğlub edib - 6:3, 7:5. Bununla da ispaniyalı tennisçi cari mövsümdə üçüncü, karyerasında isə onuncu tituluna sahib olub.
Turnirin ümumi mükafat fondu 5 milyon dollar təşkil edib. Bununla da qadın tennisçilər 2021-ci il mövsümünü başa vurublar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [17:17]
“Arsenal” klubu 60-a yaxın iş yerini ixtisar etməyi planlaşdırır
- 14.10.2026 [16:48]
İdman tarixində bu gün: Azərbaycanın voleybol klubu dünya çempionu olub
- 14.10.2026 [16:42]
“Beşiktaş” Avropa Liqasının oyununa ciddi itki ilə çıxacaq
- 14.10.2026 [16:12]
Azərbaycanın boks yığması komanda hesabında Avropa üçüncüsü olub
- 14.10.2026 [15:04]