“Qardaş yumruğu” hərbi təlimi Moldova KİV-lərinin diqqət mərkəzində
Kişineu, 8 dekabr, AZƏRTAC
Moldovanın aparıcı KİV-ləri Azərbaycan və Türkiyə hərbçilərinin birgə keçirdiyi “Qardaş yumruğu” təliminə geniş yer ayırıb.
AZƏRTAC xəbər verir ki, Moldovanın “Noi”, “Politik”, “Timpul” və digər xəbər portallarında dərc olunan məqalələrdə Azərbaycan və Türkiyə hərbçilərinin birgə təliminin regionda böyük təlimlərdən biri olduğu vurğulanıb.
Məqalələrdə yazılıb ki, Azərbaycan ilə Türkiyə arasında bağlanmış hərbi sahədə əməkdaşlıq haqqında sazişə əsasən, Azərbaycan Ordusunun və Türkiyə Silahlı Qüvvələrinin müxtəlif qoşun növlərinin şəxsi heyəti, döyüş və xüsusi təyinatlı mühəndis-istehkam texnikası, həmçinin hərbi aviasiya vasitələrinin cəlb olunması ilə keçirilən təlim Bakı şəhərini, eləcə də Astara, Cəbrayıl və İmişli rayonlarının ərazilərini əhatə edir.
Məqalələrdə, həmçinin Türkiyənin müdafiə naziri Hulusi Akarın fikirlərinə istinadla qeyd edilib ki, Azərbaycanda hər hansı təhlükə yaranarsa, Türkiyə ordusu Azərbaycan Silahlı Qüvvələrinin yanında olacaq.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kişineu