Qarsda Ulu Öndər Heydər Əliyevin xatirəsi yad edilib
Ankara, 12 dekabr, AZƏRTAC
Türkiyənin Qars şəhərində Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin anım mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə diplomatlar, Türkiyənin müxtəlif təşkilatlarının nümayəndələri, hər iki qardaş ölkənin ictimaiyyət nümayəndələri iştirak ediblər.
Mərasim iştirakçıları Ümummilli Liderin Qarsdakı Heydər Əliyev Parkında ucaldılan abidəsi önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər.
Ölkəmizin Qars şəhərindəki baş konsulu Zamin Əliyev, Qars Qafqaz Universitetinin müəllimi İlkin Qulusoy, dərnək üzvü Çetin Adıgüzel, Universitetin Azərbaycanlı Tələbələr Birliyinin sədri Əli Rzazadə çıxış edərək Ümummilli Lider barədə fikirlərini və təəssüratlarını bölüşüblər.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara