Qaxda iş adamları və turistlər üçün işgüzar mərkəz yaradılır
Mərkəzin tərkibinə daxil olan üçmərtəbəli hotel binasında tikinti işləri artıq başa çatdırılmışdır. İkimərtəbəli konfrans zalı, hovuz, trenajor binası, idman meydançası və yardımçı binaların tikintisi isə hazırda iş cədvəlinə uyğun davam etdirilir. Ümumiyyətlə, mərkəzin tikintisi üçün 2 milyon manat vəsait nəzərdə tutulmuşdur.
Bundan əlavə, həmin kəndin ərazisində rayonda ilk “göydələn” olan 9 mərtəbəli 40 mənzilli yaşayış binası da inşa olunur. Smeta dəyəri 2,6 milyon manat olan binada indiyədək 1,2 milyon manatlıq tikinti işləri görülmüşdür. Yaşayış binasının bu ilin oktyabrında istifadəyə verilməsi nəzərədə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [17:15]
Azərbaycan yaşlılar üçün turizm imkanlarını Çində təqdim edib
- 18.09.2026 [13:45]
Turizm sənayesində yeni çağırışlar və imkanlar diqqət mərkəzində
- 16.09.2026 [18:28]
Ekspert: Mövsümlə bağlı turistlərin isti iqlimli ölkələrə marağı artır
- 15.09.2026 [18:41]