QAXDA PAYIZLIQ DƏNLİLƏRİN SƏPİNİNƏ HAZIRLIQ İŞLƏRİ DAVAM EDİR
Qax, 23 sentyabr (AZƏRTAC). Qax Rayon İcra Hakimiyyətinin aqrar məsələlər şöbəsindən bildirmişlər ki, rayonun təsərrüfatlarında payızlıq dənli bitkilərin səpini üçün şum çıxarılmasına başlanılmışdır.
İndiyədək təsərrüfatlarda 1600 hektara yaxın sahə şumlanmışdır. Rayonun Zəyəm, Qorağan və Qaşqaçay kəndlərinin təsərrüfatlarında bu iş daha mütəşəkkil həyata keçirilir. Payızlıq dənlilərin səpini üçün indiyədək 2 min tona yaxın buğda və 800 ton arpa toxumu fondu ayrılmışdır.
Rayonun təsərrüfatlarında qarğıdalı yığımına da başlanmışdır. Cari ildə rayonda 1660 hektar sahədə qarğıdalı əkilmişdir. İndiyədək 700 hektara yaxın sahənin məhsulu yığılmış, 1500 ton qarğıdalı istehsal olunmuşdur. Hələlik hər hektardan orta məhsuldarlıq 26,6 sentnerdir. Bundan əlavə, rayonun təsərrüfatlarında tütün dərimi və fındıq yığımı da mütəşəkkil davam edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]