İQTİSADİYYAT
Qaz İxrac Edən Ölkələr Forumu üzrə nazirlərin 22-ci görüşü keçiriləcək
Bakı, 11 noyabr, AZƏRTAC
Bu gün Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) “COVID-19 pandemiyasının dünyada təbii qaz bazarlarına təsiri” mövzusunda nazirlərin dəyirmi masası, noyabrın 12-də isə nazirlərin 22-ci görüşü keçiriləcək.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, onlayn formatda təşkil olunan görüşlərdə Əlcəzairin energetika naziri, Qaz İxrac Edən Ölkələr Forumu nazirlər görüşünün sədri Əbdülməcid Attarın dəvəti ilə foruma üzv və müşahidəçi ölkələrin nümayəndələri, o cümlədən Azərbaycanın energetika naziri Pərviz Şahbazov da iştirak edəcək. Nazirin hər iki görüşdə çıxışı nəzərdə tutulub.
Tədbirlər Bakı vaxtı ilə saat 16:00-dan 20:00-dək (Əlcəzair vaxtı ilə saat 13:00-dan 17:00-dək) keçiriləcək. Nazirlər görüşünün sonunda mətbuat konfransı təşkil olunacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]