Qazaxın Kosalar kənd körpələr evi-uşaq bağçası əsaslı təmir olunur
Qazax, 23 sentyabr, Rauf Hacıyev, AZƏRTAC
Respublikamızın bütün bölgələrində olduğu kimi, Qazax rayonunda da təhsil infrastrukturunun müasirləşdirilməsi və maddi-texniki bazasının zənginləşdirilməsi məqsədilə işlər davam etdirilir.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu gün Qazaxda mövcud olan 25 məktəbəqədər təhsil müəssisəsindən (6-sı şəhər, 19-u kənd üzrə) 20-si müasir tələblərə cavab verən səviyyəyə çatdırılıb.
Hazırda rayonun 35 yerlik Kosalar kənd 1 saylı körpələr evi-uşaq bağçası əsaslı təmir olunur. Yenidən qurulan bağçada, demək olar ki, əsas işlər görülüb. Binanın dam örtüyü vurulub, bütün otaqlara plastik pəncərələr qoyulub, suvaqaltı elektrik xətti çəkilib, xarici və daxili fasadda suvaq işləri yekunlaşıb. Hazırda binanın tavanı vurulur. Bütün işlərin yaxın vaxtda yekunlaşacağı nəzərdə tutulub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [14:15]
Naxçıvanda “RehaBus” layihəsi üzrə əlilliyi olan 216 şəxsə xidmət göstərilib
- 30.09.2026 [14:11]
Oğuzda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar
- 30.09.2026 [13:38]
Böyük Qayıdış: Daha 19 ailə Xocalı və Ağdərəyə qayıdıb
- 30.09.2026 [13:29]
Xaçmazda məktəblini avtomobil vurub VİDEO
- 30.09.2026 [13:00]
Şükürbəyli kəndində daha 9 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB
- 30.09.2026 [11:28]
Qusarda şəhidlərin xatirəsi anılıb
- 30.09.2026 [11:03]