QAZAXISTAN BAŞQA ÖLKƏLƏRDƏKİ QAZAXLARIN TARİXİ VƏTƏNƏ KÖÇMƏSİNƏ KÖMƏK EDƏCƏKDİR
AZƏRTAC-ın xüsusi müxbirinin Astanadan verdiyi xəbərə görə, 1991-ci ildən başlayaraq Qazaxıstandan 2 milyondan çox adam köçüb qürbət ellərə getmişdir. Bunu respublikanın Miqrasiya və Demoqrafiya Agentliyinin sədri Altınşaş Caqanova miqrasiya və demoqrafiya problemlərinə dair təkliflər hazırlanması üzrə hökumət komissiyasının ilk iclasında açıqlamışdır.
İclasda diqqətə çatdırılmışdır ki, miqrasiya itkilərinin yerinin doldurulmasının ən səmərəli üsulu qazax diasporu nümayəndələrinin tarixi vətənə köçməsini təmin etməkdir. Qeyd olunmuşdur ki, hazırda 40-dan artıq ölkədə 4 milyondan çox qazax yaşayır. Təkcə 1993-cü ildən bəri respublikaya 74,5 min oralman (Qazaxıstanda tarixi vətənə dönən etnik qazaxları belə adlandırırlar) ailəsi qayıtmışdır ki, bu da təxminən 293,2 min nəfər təşkil edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]
Almatıda Azərbaycan Bazar günü məktəbi fəaliyyətə başlayıb
- 08.09.2026 [16:45]