QAZAXISTAN DA GÜRCÜSTAN VƏ MOLDOVA ŞƏRABLARINI YOXLAMAĞI QƏRARA ALMIŞDIR
AZƏRTAC İTAR-TASS-a istinadla xəbər verir ki, Qazaxıstanın baş sanitar həkimi Dövlət Sanitariya-Epidemiologiya Nəzarəti Komitəsinin bütün yerli orqanlarına Gürcüstan və Moldovadan gətirilmiş şərabların nümunələrini tədqiq etməyi tapşırmışdır. Bunu aprelin 14-də Almatıda keçirilən mətbuat konfransında respublika sanitariya-epidemiologiya stansiyasının (SES) şöbə müdiri Seidkərim Tastanbekov bildirmişdir.
Onun sözlərinə görə, “qazaxıstanlı istehlakçılar məhsulun keyfiyyəti sarıdan narahat olmaya bilərlər, çünki SES lazımi yoxlamaları daim keçirir”. Məsələn, 2005-ci ildə ölkədə 350 min kiloqramdan çox məhsul, o cümlədən 68 min litr spirtli içki satışdan çıxarılmışdır. Onların 70 faizindən çoxu yerli məhsullardır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [15:25]
Budapeştdə iki məktəbə bomba hədəsi ilə bağlı məktublar daxil olub
- 15.10.2026 [14:09]
İsveçdə işsizlik səviyyəsi azalıb
- 15.10.2026 [14:03]
Ukrayna ordusu altı bombardmançı təyyarəni məhv edib
- 15.10.2026 [13:56]
Türkiyənin Konstitusiya Məhkəməsi 26 siyasi partiyadan şikayətlər verəcək
- 15.10.2026 [13:50]