Qazaxıstan televiziyasında Azərbaycan dilində xəbərlər təqdim olunur
Bakı, 12 yanvar, AZƏRTAC
Qazaxıstanın Türküstan televiziyasında “Turan Today” xəbərlər proqramının Azərbaycan dilində xidməti fəaliyyətə başlayıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, proqramın aparıcısı Xoca Əhməd Yəsəvi adına Beynəlxalq Qazax-Türk Universitetinin Tibb fakültəsində təhsil alan III kurs tələbəsi Elvin Həsənovdur. O, 2001-ci ildə Azərbaycanda doğulub. Soydaşımız Türküstan TV-də türk dilində də proqram aparır.
Qeyd edək ki, “Turan Today” xəbərlər proqramında türk dövlətlərində, o cümlədən Azərbaycanda baş verən hadisələr barədə xəbərlər təqdim edilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.06.2026 [21:18]
İstanbulda Ümummilli Lider Heydər Əliyevin tarixi xidmətlərindən bəhs olunub
- 15.06.2026 [20:00]
Bu saata olan əsas xəbərlər
- 15.06.2026 [17:42]
“Azərbaycan rüzgarı”nın növbəti buraxılışı Milli Qurtuluş Gününə həsr edilib
- 15.06.2026 [12:00]
Bu saata olan əsas xəbərlər
- 15.06.2026 [10:22]
Sumqayıtda yanğın hadisəsi baş verib VİDEO
- 15.06.2026 [08:30]