Qazaxıstan yollarında sutka ərzində 700 nəfərə yaxın insan xilas edilib
Bakı, 4 yanvar, AZƏRTAC
Qazaxıstan ərazisində pisləşən hava şəraiti (çovğun, görmə məsafəsinin pisləşməsi, buzlanma) ilə əlaqədar olaraq avtomobil yollarının 72 hissəsi bağlanıb, onlardan 40-ı respublika, 32-si isə vilayət əhəmiyyətlidir.
AZƏRTAC Kazinform agentliyinə istinadla xəbər verir ki, yollarda fövqəladə halların aradan qaldırılması üzrə respublika qərargahı yaradılıb. Analoji qərargahlar regionlarda (Abay, Akmola, Karaqanda, Jambil və Jetısu vilayətləri) da fəaliyyət göstərir. Keçid məntəqələrində 1000-dən çox avtomobil toplanıb.
Son sutka ərzində xilasedicilər tərəfindən 691 nəfər, o cümlədən 137 uşaq xilas edilərək təxliyə olunub, 145 ədəd texnika yedəyə alınıb. İnsanların təxliyəsi üçün yolların bağlı hissələrində müvəqqəti qızınma məntəqələri hazırlanıb.
Eyni zamanda, “Air Astana” bütün ölkə ərazisində əlverişsiz meteoroloji şəraitə görə uçuşların ləngiməsi və təxirə salınmasının mümkünlüyü barədə xəbərdarlıq edib. Astana hava limanında 18 reys eniş, 12 reys isə uçuş üçün yubanır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [17:29]
Yunanıstanda daşqın nəticəsində 1 nəfər ölüb
- 15.10.2026 [17:03]
“Apple” tarixdə bazar dəyəri 5 trilyon dolları ötən ikinci şirkət olub
- 15.10.2026 [16:58]
Ankarada COP31 ərəfəsində iqlim forumu keçirilir
- 15.10.2026 [16:45]