QAZAXISTANDA MDB MƏKANINDA ƏN BÖYÜK MÜKAFAT FONDU OLAN CIDIR YARIŞI KEÇİRİLƏCƏK
MDB-də ilk dəfə olaraq, bu yarışlarda jokeylərin və onların atlarının sığortalanması təcrübəsi tətbiq ediləcəkdir. Hazırda respublikada cins atçılıq kənd təsərrüfatının elit sahəsi kimi inkişaf edir, ən bahalı cıdır atının dəyəri isə (cins ingilis atı) 300 min dollardır. “Qazaxıstan jokey klubu” yerli atların cinsini yaxşılaşdırmaq üçün Amerika, İngiltərə, Fransa və Almaniyadan qiymətli at cinsləri alır. Qazaxıstan atçıları bu klubun köməyi ilə öz atlarını Beynəlxalq cins atlar kitabında qeydiyyata aldıra bilirlər ki, bu da onlara öz yetirmələrini beynəlxalq yarışlara çıxarmaq, onları xaricdə satmaq imkanı verir. Tlevlesov onu da vurğulamışdır ki, hazırda Almatı cıdır meydanı postsovet məkanında ən dinamik inkişaf edən cıdır meydanıdır.
Cıdır mövsümü 5 ay davam edəcək və oktyabrın 17-də başa çatacaqdır.