Qazaxıstanda Milli Süni İntellekt Mərkəzi yaradılacaq
Astana, 2 sentyabr, AZƏRTAC
Qazaxıstan rəqəmsallaşma sahəsində əldə edilmiş nəticələri gücləndirməlidir. Süni intellekt texnologiyalarını “Elektron hökumət” platformasına fəal şəkildə tətbiq etmək lazımdır.
AZƏRTAC xəbər verir ki, bu barədə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev xalqa ənənəvi illik müraciəti zamanı bəyan edib.
O bildirib ki, Qazaxıstan geniş şəkildə süni intellektin tətbiq edildiyi, rəqəmsal texnologiyaların inkişaf etdiyi bir ölkəyə çevrilməlidir və bu, hökumətin prioritet vəzifəsidir.
Dövlət başçısı vurğulayıb ki, gələn il Astanada məktəblilər, tələbələr, tədqiqatçılar və sahibkarlar üçün əlçatan olan Milli Süni İntellekt Mərkəzi açılmalıdır.
“Rəqəmsal aktivlərin və mayninqin tənzimlənməsi üzrə normativ-hüquqi bazanın təkmilləşdirilməsi və kriptobirjaların daha da inkişaf etdirilməsi üzrə işlər davam etdirilməlidir”, - deyə Prezident vurğulayıb.
Astana
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [15:48]
Bolqarıstan NATO-nun dronlara qarşı müdafiə təşəbbüsünə qoşulmağa hazırlaşır
- 14.10.2026 [15:47]
Çinin xarici ticarəti 19 faizə yaxın artıb
- 14.10.2026 [15:27]
İsrail ordusu Livanda partlayıcı qurğu və silahlar aşkarlayıb
- 14.10.2026 [15:27]
Cənubi Koreya və ABŞ müdafiə danışıqları keçirmək barədə razılığa gəlib
- 14.10.2026 [14:45]
Ukrayna ordusu üç yaşayış məntəqəsini azad edib
- 14.10.2026 [14:36]