Qazaxıstanın rəsmi dövlət qəzetinin bütöv bir səhifəsi Azərbaycana həsr olunub
Nur-Sultan, 12 fevral, AZƏRTAC
Qazaxıstanın “Egemen Qazaqstan” rəsmi dövlət qəzetinin 11 fevral tarixli nömrəsinin bütöv bir səhifəsi Azərbaycana həsr olunub.
AZƏRTAC xəbər verir ki, qəzetdə Azərbaycanın Təhsil naziri Ceyhun Bayramovun geniş müsahibəsi yer alıb. Müsahibədə Beynəlxalq Türk Akademiyasının Elmi Şurasına sədrliyin Azərbaycana keçməsi, bu çərçivədə planlaşdırılan layihələr, türkdilli dövlətlər arasında elm və təhsil sahəsində əməkdaşlıqla bağlı görüləcək işlər, türk dünyasının böyük şəxsiyyətlərinin ortaq yubileylərinin təşkili kimi məsələlərə toxunulub.
Qəzetdə, həmçinin AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəylinin və Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı Anarın fikirlərinə də yer verilib.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [18:23]
Dövlət Yanğından Mühafizə Xidməti növbəti “Açıq qapı” günü təşkil edib
- 16.06.2026 [17:42]
Xırdalanda yeni kanalizasiya kollektoru inşa edilir
- 16.06.2026 [17:35]
Təbiət ərazilərində epizootoloji monitorinqlər keçiriləcək
- 16.06.2026 [17:13]