Qazaxıstanın üç şəhərində karantin rejimi gücləndirilir
Nur-Sultan, 26 mart, AZƏRTAC
Qazaxıstan hakimiyyəti koronavirusun yayılmasının qarşısını almaq məqsədilə Nur-Sultan, Almatı və Çimkənt şəhərlərində karantin rejiminin gücləndirilməsi barədə qərar qəbul edib. AZƏRTAC xəbər verir ki, qərara əsasən, martın 28-i saat 00:00-dan etibarən bu şəhərlərin sakinlərinin evdən çıxışına qadağa qoyulub. Nur-Sultan, Almatı və Çimkənt sakinləri evlərini yalnız işə getmək, habelə dərman vasitələri və ərzaq məhsulları almaq üçün tərk edə bilərlər.
Qeyd edək ki, bugünədək Qazaxıstanda 109 nəfər koronavirusa yoluxub.
İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Nur-Sultan
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.06.2026 [18:24]
Qazaxıstanda antiterror təlimləri təşkil olunacaq
- 23.06.2026 [17:43]
Qazaxıstanda Senat və Məclis sonuncu birgə iclasını keçirəcək
- 23.06.2026 [16:33]
Özbəkistanın iki keçmiş kəndi rəsmi olaraq Qırğızıstanın tərkibinə verilib
- 23.06.2026 [16:18]
Antonio Quterreş təmiz enerjiyə keçid planını təqdim edib
- 23.06.2026 [16:06]
Qazaxıstanda restoranda 113 nəfər zəhərlənib, araşdırma aparılır
- 23.06.2026 [16:01]