Qəbələ Dövlət Tarix-Bədii Qoruğunda yoluxucu xəstəliklərə qarşı mübarizə tədbirləri gücləndirilib
Qəbələ, 26 yanvar, Mustafa Dadaşov, AZƏRTAC
Mövsümi xəstəliklərlə əlaqədar ziyarətçilər və əməkdaşlar arasında infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə Qəbələ Dövlət Tarix-Bədii Qoruğu tərəfindən sanitar-gigiyenik qaydalara nəzarət gücləndirilib.
Qoruğun direktoru Zahir Kərimov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, infeksiyanın yayılmasına qarşı mübarizə tədbirlərini gücləndirmək məqsədilə müvafiq təşkilat tərəfindən Qəbələ Arxeoloji Mərkəzində sanitar-dezinfeksiya işləri aparılıb. Dezinfeksiya işləri mərkəzin həyətini, sərgi salonlarını, akt zalını, fond bölməsini, xidməti otaqları, qazanxana və mühafizə postlarını əhatə edib.