“Qəbələ” yoxlama oyununda “Orenburq”la heç-heçə edib
Bakı, 15 iyul, AZƏRTAC
Türkiyənin Bolu bölgəsində təlim-məşq toplanışında olan “Qəbələ” komandası ikinci yoxlama oyununu keçirib.
AZƏRTAC xəbər verir ki, Elmar Baxşıyevin baş məşqçi olduğu komanda Rusiya təmsilçisi “Orenburq”la üz-üzə gəlib. Qarşılaşma 1:1 hesabı ilə bitib. “Qəbələ”nin heyətində Ülvi İsgəndərov fərqlənib.
Qeyd edək ki, “qırmızı-qaralar” ilk matçında Moldovanın “Sukleya” kollektivini 4:2 hesabı ilə məğlub edib. Yeni mövsümdə Azərbaycanı UEFA Konfrans Liqasında təmsil edəcək əyalət təmsilçisi II təsnifat mərhələsində Kiprin “Omoniya” klubu ilə qarşılaşacaq. İlk görüş iyulun 27-də evdə, cavab matçı isə avqustun 3-də səfərdə olacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [21:06]
Qurban Qurbanov: “Vestri” ilə oyunlara qədər optimal formaya düşməliyik
- 16.06.2026 [20:13]
Konfrans Liqası: “Zirə” Gürcüstan klubuna rəqib olub
- 16.06.2026 [20:04]
“Qarabağ” növbəti transferini gerçəkləşdirib
- 16.06.2026 [19:15]
“Qarabağ”ın Avropa Liqasındakı ilk rəqibi müəyyənləşib
- 16.06.2026 [18:28]
Çempionlar Liqası: “Sabah”ın I təsnifat mərhələsindəki rəqibi bəlli olub
- 16.06.2026 [18:07]
İngiltərə millisinin futbolçusu dünya çempionatını buraxacaq
- 16.06.2026 [16:57]