Qəbələdə çips istehsalı müəssisəsində nöqsanlar aradan qaldırılıb
Bakı, 25 noyabr, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Qəbələ şəhəri, E.Kərimov küçəsi, ev 34 ünvanında “Qəbələ Konserv Zavodu” MMC-yə məxsus çips istehsalı müəssisəsində keçirilən təkrar yoxlama zamanı “Çipsim” əmtəə nişanlı çips məhsullarından laborator müayinə üçün nümunələr götürüblər.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, sınaq nəticəsində məhsulların tərkibində mononatrium qlütamatın (E621) miqdarının norma daxilində olduğu müəyyən edilib.
Müəssisə barəsində tətbiq edilən məhdudlaşdırıcı qərar qüvvədən salınaraq fəaliyyəti bərpa olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.08.2026 [16:17]
Lökbatanda dənizdə batan iki nəfərin meyiti tapılıb
- 10.08.2026 [14:16]
Sosial xidmətə cəlb edilən uşaqlar üçün ekskursiya təşkil edilib
- 10.08.2026 [13:04]
Azərbaycan nümayəndə heyəti Ankarada Türk Dünyası Festivalında iştirak edib
- 10.08.2026 [12:56]
Azərbaycanda insult və neyrovaskulyar xəstəliklərin vahid reyestri yaradılır
- 10.08.2026 [12:39]