QƏBƏLƏNİN TƏHSİL MÜƏSSİSƏLƏRİNDƏ ÜMUMMİLLİ LİDERİMİZ HEYDƏR ƏLİYEVİN XATİRƏSİ YAD EDİLMİŞDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, seminarda çıxış edənlər Heydər Əliyevin nəsillərə örnək olan həyat yolundan, uğurla həyata keçirdiyi islahatlardan, siyasi fəaliyyətindən danışmış, təhsil sahəsindəki nailiyyətlərin məhz ulu öndərimizin adı ilə bağlı olduğunu vurğulamışlar.
Rayonun bütün orta məktəblərində Heydər Əliyevin həyatını, siyasi fəaliyyətini əks etdirən guşələr açılmış, tədbirlər keçirilmiş, şer müsabiqələri təşkil olunmuşdur. Rayon mədəniyyət evində məktəblilərin rəsm əsərlərindən ibarət sərgi açılmışdır.