QƏDİRBİLƏN XALQIMIZ HEYDƏR ƏLİYEVİN NURLU XATİRƏSİNİ HƏMİŞƏ UCA TUTACAQDIR
Dəyirmi masada Milli Məclisin deputatları, rayon ictimaiyyətinin nümayəndələri iştirak etmişlər.
Tədbirin iştirakçıları əvvəlcə Fəxri xiyabanda olmuş, ulu öndərimizin məzarı önünə tər çiçəklər düzmüşlər.
Çıxış edənlər dahi rəhbərimizin xilaskarlıq missiyasından, Azərbaycanın dövlət müstəqilliyinin möhkəmlənməsi istiqamətində gördüyü işlərdən, xalqımızın sosial rifahının yaxşılaşdırılması istiqamətində həyata keçirdiyi zəruri tədbirlərdən, beynəlxalq iqtisadi layihələrdən fəxrlə danışmışlar.
Natiqlər əminliklə demişlər ki, qədirbilən xalqımız dahi rəhbərimizi heç vaxt unutmayacaq, gələcək nəsillər əbədi liderimizi daim xatırlayacaqlar.