Qətər Çinin qaz bazarını Rusiyaya uduza bilər
Bakı, 8 aprel, AZƏRTAC
Çin ABŞ və İran arasında əldə edilən atəşkəs rejiminə baxmayaraq, Qətərdən maye qaz idxalını artırmayacaq.
AZƏRTAC xəbər verir ki, “Bloomberg” agentliyinin məlumatına görə, Qətərin Çinə neft ixracı 2025-ci ildə 11 faiz azalaraq 68,4 milyon tona düşüb ki, bu da təxminən 20 illik artımdan sonra kəskin azalma deməkdir. 2026-cı ildə isə idxal Çin iqtisadiyyatında davam edən durğunluq səbəbindən 62,3 milyon tona enəcək.
Analitiklərin sözlərinə görə, Pekin regiondakı gərginlik səbəbindən Körfəzdəki mövcudluğunu məhdudlaşdıra, bunun əvəzinə isə daxili istehsala və Rusiyadan çəkilən boru kəmərlərinə etibar edə bilər. Həmçinin Pekinin kifayət qədər ehtiyatları olan daş kömür və bərpaolunan enerji mənbələri kimi alternativ enerji mənbələrinə yönələcəyi gözlənilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.06.2026 [22:00]
Türkiyə İslam bankçılığı sahəsində ilk beşliyə daxil olmağı hədəfləyir
- 04.06.2026 [20:04]
Yaponiyada doğuş sayı və əmsalı rekord həddə enib
- 04.06.2026 [18:36]
Ukrayna Silahlı Qüvvələri Rusiyanın strateji obyektlərinə zərbələr endirib
- 04.06.2026 [17:48]
“Amazon” şirkəti 25 min yeni iş yeri yaradacaq
- 04.06.2026 [17:30]