QƏTƏR DÖVLƏTİNİN ƏMİRİ ƏLAHƏZRƏT ŞEYX HƏMƏD BİN XƏLİFƏ AL TANİYƏ
Əlahəzrət,
Ölkənizin milli bayramı münasibətilə Sizə və Sizin simanızda bütün Qətər xalqına ən səmimi təbriklərimizi yetirməkdən məmnunluq duyuram.
Azərbaycan-Qətər münasibətləri bu gün yüksələn xətt üzrə inkişaf etməkdədir. Əminəm ki, xalqlarımızın iradəsinə uyğun olaraq dostluq əlaqələrimizin daha da möhkəmləndirilməsi, əməkdaşlığımızın genişləndirilməsi istiqamətində bundan sonra da birgə addımlar atacağıq.
Bu əlamətdar gündə Sizə ən xoş arzularımı yetirir, möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Qətər xalqına sülh və rifah diləyirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 10 dekabr 2009-cu il.