QEYDİYYATDAN KEÇMƏYƏN FEDERASİYALARIN FƏALİYYƏTİ DAYANDIRILACAQDIR
Bakı, 27 fevral (AZƏRTAC). Gənclər və İdman Nazirliyi daha sıx və səmərəli əməkdaşlığın qurulması, yığma komandaların beynəlxalq yarışlara məqsədyönlü hazırlığının təmin olunması, cari məsələlərin vaxtında öz həllini tapması məqsədilə ölkəmizdə fəaliyyət göstərən idman federasiyalarının qeydiyyatına başlamışdır.
Bununla əlaqədar, federasiyanın qeydiyyat məqsədi ilə tərtib olunmuş forma üçün ərizəsi, təsis konfransının sənədləri, dövlət qeydiyyatı haqqında şəhadətnamə, nizamnamə, Azərbaycan Milli Olimpiya Komitəsi və beynəlxalq federasiya tərəfindən respublika federasiyasının tanınması haqqında sənəd Gənclər və İdman Nazirliyinə təqdim olunmalıdır.
Gənclər və İdman Nazirliyində vaxtında qeydiyyatdan keçməyən federasiyaların fəaliyyəti dayandırılacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 14.10.2026 [13:05]
“Barselona” tarixi rekordu təkrarlayıb
- 14.10.2026 [12:45]
“Barselona”nın baş məşqçisi İstanbulda kuryoz hadisə ilə üzləşib
- 14.10.2026 [10:44]