QEYRİ-SABİT HAVA ŞƏRAİTİ PAMBIQ YIĞIMINI LƏNGİDİR
Bakı, 19 sentyabr (AZƏRTAC). Avqustda havaların pambıqçılıq üçün əlverişsiz keçməsi pambıq yığımını xeyli ləngitmişdir. Son günlər havaların qeyri-sabitliyi bir sıra rayonlarda pambıqçıların işini yenidən çətinləşdirmişdir.
Kənd Təsərrüfatı Nazirliyindən bildirmişlər ki, indiyədək tarlalardan cəmi 3 min ton pambıq yığılmışdır. Məhsulun hamısı emal müəssisələri tərəfindən əvvəlcədən bağlanmış müqaviləyə əsasən (1 kiloqram xam pambıq - 37 qəpiyə) qəbul edilmişdir. Onu da qeyd edək ki, pambıq istehsalçılarına emal müəssisələri tərəfindən əvvəlcədən hər hektara 300 manat avans verilmişdir.
Ən çox pambıq yığımı Saatlı və İmişli rayonlarında müşahidə olunur.
Bu il 21,1 min hektar sahədə pambıq əkilmişdir. Əkin sahələrindən 40 min tonadək pambığın yığılması proqnozlaşdırılır. Ötən il ölkəmizdə 48,2 min hektar sahədən 55,4 min ton pambıq yığılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]