Qırğızıstan portalı Azərbaycan Ordusunun Qələbəsindən yazır
Bişkek, 10 noyabr, АZƏRTAC
Qırğızıstanın “turktoday.info” və “goldenbridgenews.com” portalları Azərbaycan Ordusunun Qələbəsindən, Ermənistanın məğlubiyyətindən, müharibənin başa çatmasından yazır.
Portallar AZƏRTAC-ın “Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin videokonfrans formatında görüşüblər”, “Azərbaycan Respublikasının Prezidenti, Ermənistan Respublikasının baş naziri və Rusiya Federasiyasının Prezidentinin Bəyanatı” və “Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət edib” sərlövhəli materialları rus dilində tam olaraq dərc edib.
Məqalələrdə vurğulanır ki, Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin tərəfindən imzalan bəyanatda bildirilir ki, 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə saat 00.00-dan etibarən Dağlıq Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olunur.
Azərbaycan Prezidenti xalqa müraciətində deyib: “Bu gün ölkəmiz üçün tarixi bir gündür. Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulur. Hesab edirəm ki, indicə imzalanmış üçtərəfli bəyanat məsələnin həlli istiqamətində son nöqtə olacaqdır”.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek