SİYASƏT
Qırğızıstan portalları: Ermənistanın Gəncəni raket atəşinə tutması müharibə cinayətidir
Bişkek, 18 oktyabr, АZƏRTAC
Qırğızıstanın “goldenbridgenews.com” və “turktoday.info” portalları ötən gecə saat 1 radələrində cəbhə zonasından uzaqda yerləşən Gəncə şəhərinin mərkəzi hissəsini raket atəşinə tutmasını müharibə cinayəti adlandırıb.
AZƏRTAC xəbər verir ki, portallar Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev rəsmi “Twitter” hesabına istinadla yazır ki, Ermənistanın Gəncədəki mülki əhaliyə qarşı xain və vəhşicəsinə raket zərbəsi onun hərbi-siyasi rəhbərliyinin döyüş meydanındakı məğlubiyyət qarşısında acizliyinin və ümidsizliyinin əlamətidir. Bu, mülki şəxslərə qarşı qəsdən düşünülmüş raket hücumudur.
Bildirilir ki, raket hücumları nəticəsində 10-dan çox mülki şəxs həlak olub, 50-dən çox insan yaralanıb.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek