Qırğızıstan Prezidenti ölkənin yeni hərbi doktrinasını təsdiqləyib
Bakı, 13 iyul, AZƏRTAC
Qırğızıstan Prezidenti Sadır Japarov ölkənin hərbi doktrinasının yeni variantının təsdiq edilməsi barədə fərman imzalayıb.
AZƏRTAC xəbər verir ki, respublikanın yeni hərbi doktrinası ilk dəfə Təhlükəsizlik Şurasının iyunun 13-də keçirilən iclasında açıqlanıb. Sənəd ilk növbədə, Qırğızıstan Silahlı Qüvvələrinin gücləndirilməsinə yönəldilib. Qırğızıstan Prezidentinin mətbuat xidmətinin məlumatına görə, yeni hərbi doktrina “dövlətin yeni sistemlə idarə edilməsi, dünyada və Mərkəzi Asiya regionunda hərbi-siyasi vəziyyət” səbəbindən qəbul olunub.
Qırğızıstan müstəqillik illərində bir neçə dəfə təhlükəsizlik problemləri ilə üzləşib. 1999-2000-ci illərdə ölkə ekstremist qrupların hücumuna məruz qalıb. 2017-ci ildən bəri Qırğızıstanın qonşu dövlətlərlə sərhədində bir sıra silahlı toqquşmalar baş verib. 2022-ci ildə Tacikistan sərhədçiləri ilə münaqişə zamanı 62 nəfər həlak olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [23:23]
Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj
- 10.06.2026 [21:32]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:21]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb VİDEO
- 10.06.2026 [18:15]