QIRĞIZISTAN RESPUBLİKASININ PREZİDENTİ ZATİ-ALİLƏRİ
CƏNAB KURMANBEK BAKİYEVƏ
Hörmətli Kurmanbek Saliyeviç,
Qırğızıstanın milli bayramı - Dövlət müstəqilliyi günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Əminəm ki, Azərbaycan ilə Qırğızıstan arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın iradəsinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcəkdir.
Bu əlamətdar gündə Sizə, hörmətli Kurmanbek Saliyeviç, möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Qırğızıstan xalqına əmin-amanlıq və firavanlıq arzulayıram.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı, 31 iyul 2009-cu il.