DÜNYA
Qırğızıstanda prezidentin qohumu korrupsiya ittihamı ilə həbs edilib
![Qırğızıstanda prezidentin qohumu korrupsiya ittihamı ilə həbs edilib](/files/2023/2/1200x630/16886398143507447468_1200x630.jpg)
Bakı, 6 iyul, AZƏRTAC
Qırğızıstan Prezidentinin yaxın qohumu Ulan Japarov korrupsiya ittihamı ilə həbs olunub.
AZƏRTAC xəbər verir ki, bunu Qırğızıstan Prezidentinin mətbuat katibi Erbol Sultanbayev deyib.
“Həbs olunan Ulan Japarov həqiqətən də dövlət başçısının qohumudur. O, gömrük məsələləri ilə bağlı korrupsiya sxemlərində iştirakda şübhəli bilinir. Prezident Sadır Japarov şübhəlilərə qarşı bütün hüquqi tədbirləri görməyi tələb edib”, - deyə Erbol Sultanbayev bildirib. O, 32 yaşlı Ulan Japarovun Qırğızıstan Prezidentinin əmisi oğlu olduğunu təsdiqləyib.
Mətbuat katibi deyib ki, istənilən vətəndaş cinayət törədəcəyi təqdirdə qanunun bütün gücü ilə məsuliyyətə cəlb olunacaq: “Bu hadisə korrupsiya ilə mübarizədə ayrı-seçkiliyin olmadığını bir daha sübut edir. Bu, dövlət başçısının tələbidir”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.07.2024 [20:22]
Macarıstan Ukrayna ilə qlobal əməkdaşlıq sazişi imzalamaq istəyir
- 02.07.2024 [19:14]
Britaniyada 1,8 milyon tələbənin azı 50 min funt-sterlinqlik borcu var
- 02.07.2024 [18:20]
Hindistanda dini ibadətgahda baş verən izdihamda 107 nəfər ölüb
- 02.07.2024 [18:07]
Keniyada hökumət əleyhinə nümayişlər yenidən başlayıb
- 02.07.2024 [18:06]
Yeni sorğu Qazaxıstan Prezidentinə yüksək ictimai dəstəyi təsdiqləyir
- 02.07.2024 [17:42]