QISAMÜDDƏTLİ İXTİSASARTIRMA KURSLARININ NÖVBƏTİ BURAXILIŞI OLMUŞDUR
Akademiyadan AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, “Azərbaycan dövlətçiliyinin hüquqi əsasları və inzibati islahatlar” proqramı üzrə keçirilən bu kurslarda dövlət hakimiyyətinin mərkəzi, şəhər, rayon miqyaslı orqanlarının, müvafiq nazirlik, komitə və idarələrinin rəhbər işçiləri iştirak etmişlər.
Dinləyicilərə Azərbaycan dövlətçiliyinin hüquqi əsasları və inzibati islahatlarla bağlı yeni məlumatlar verilmişdir.
Tematik planda dövlət və hüquq nəzəriyyəsinin müasir problemləri, Azərbaycan Respublikasının Konstitusiya quruluşunun əsasları, dövlət hakimiyyəti sistemi, ölkəmizdə hüquqi yaradıcılıq, seçki hüququ və seçki prosesi, məhkəmə hakimiyyəti və digər məsələlər əhatə olunmuşdur.
Tədris kurslarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev, Prezidentin İcra Aparatının, Milli Məclisin məsul işçiləri, tanınmış alimlər, mütəxəssislər dinləyicilər qarşısında hüquq elminin müasir problemlərinə dair mühazirələr oxumuşlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]