Qız basketbolçulardan ibarət millimiz Avropa çempionatında mübarizəyə Andorra ilə oyunla başlayacaq
Bakı, 17 iyul, AZƏRTAC
Andorrada 16 yaşadək qız basketbolçular arasında Avropa çempionatının C divizionunun oyunları keçiriləcək.
Bu barədə AZƏRTAC-a Azərbaycan Basketbol Federasiyasından məlumat verilib.
B qrupunda yer alan millimiz Andorra, Albaniya və Moldova yığmalarına qarşı mübarizə aparacaq.
Türk mütəxəssis Evren Alkayanın rəhbərlik etdiyi millimiz qrupda ilk oyununu iyulun 18-də Bakı vaxtı ilə saat 21:30-da Andorra yığmasına qarşı keçirəcək.
Qeyd edək ki, Avropa çempionatının bütün oyunları Beynəlxalq Basketbol Federasiyasının rəsmi yutub hesabında canlı yayımlanacaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [18:28]
Çempionlar Liqası: “Sabah”ın I təsnifat mərhələsindəki rəqibi bəlli olub
- 16.06.2026 [18:07]
İngiltərə millisinin futbolçusu dünya çempionatını buraxacaq
- 16.06.2026 [16:57]
Azərbaycan yığmasının futbolçusu: Milli komandada inkişaf hiss olunur
- 16.06.2026 [16:20]
Mərakeş millisinin sabiq futbolçusu: Ümid edirəm ki, dünya çempionu olacağıq
- 16.06.2026 [16:07]
Azərbaycan cüdoçuları Rusiyada 3 medal qazanıblar
- 16.06.2026 [15:46]
Cavid Hüseynov: Çalışacağıq ki, “Araz-Naxçıvan”la uğur qazanaq
- 16.06.2026 [14:49]