“QIZIL ÇIRAQ” MİLLİ MÜKAFATI QALİBLƏRƏ TƏQDİM OLUNDU
Kinematoqrafçılar İttifaqının təsis etdiyi bu mükafat üçün müsabiqə16 nominasiya üzrə keçirilmişdir.
Ittifaqdan AZƏRTAC-a bildirmişlər ki, respublikamızın görkəmli kino xadimlərindən təşkil olunmuş münsiflər heyəti öz seçimini etmişdir. Azərbaycan kino sənətinin inkişafında xidmətləri nəzərə alınaraq ən yaxşı rejissor işinə görə Oqtay Mirqasımov, Xamis Muradov, Elçin Axundov, Şamil Əliyev, Rasim Ocaqov, ən yaxşı ssenariyə görə Rüstəm İbrahimbəyov, qadın rolunun ifasına görə Ayan Mirqasımova, kişi rolunun ifasına görə Fuad Poladov və başqa nominasiyalar üzrə qaliblər bu mukafata layiq görülmüşlər.
Mükafatları Kinematoqrafçılar ittifaqının birinci katibi, xalq artisti Rasim Balayev və başqaları təqdim etmişlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [18:20]
Tarixdən süzülən zəriflik – Xan qızının geyim irsi VİDEO
- 11.06.2026 [16:37]
“Maqadan: Sonuncu dayanacaq” kitabı təqdim olunub
- 11.06.2026 [15:48]
Rus Dram Teatrında immersiv tamaşa: “Neft, tamah və milyonlar səltənətində”
- 11.06.2026 [15:41]
Musiqili Uşaq Teatrı studiyasının təqdimatında tamaşa
- 11.06.2026 [15:07]
Ustadların irsi – Varislərin səsi
- 11.06.2026 [14:43]