Qobustanda 350 ailəyə bayram sovqatı paylanılıb
Qobustan, 19 mart, AZƏRTAC
Qobustanda rayon icra hakimiyyəti tərəfindən Novruz bayramı münasibətilə 350 ailəyə bayram sovqatı paylanılıb.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bayram sovqatı Qarabağ əlilləri və şəhid ailələrinə, rayonda müvəqqəti məskunlaşan məcburi köçkünlərə, habelə aztəminatlı ailələrə verilib. Ailələri ziyarət edənlər bayram münasibətilə onları təbrik edib, ölkəmizdə sosial müdafiəyə ehtiyacı olan insanlara göstərilən diqqət və qayğıdan danışıblar.
Görüşdə çıxış edənlər əziz bayram günlərində onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildiriblər.