Azərbaycan Dövlət İnformasiya Agentliyi

Qoşulmama Hərəkatı Azərbaycanın sədrliyində səmərəli fəaliyyəti ilə BMT-ni kölgədə qoymağı bacardı – Şərh

Qoşulmama Hərəkatı Azərbaycanın sədrliyində səmərəli fəaliyyəti ilə BMT-ni kölgədə qoymağı bacardı –  Şərh

Bakı, 6 iyul, AZƏRTAC

Azərbaycanın dünyanın ikinci ən nəhəng təşkilatı olan, 120-dən çox dövləti üzv, 18 dövləti və 10 beynəlxalq təşkilatı isə müşahidəçi qismində öz çətiri altında birləşdirən Qoşulmama Hərəkatına rəhbərliyi dördüncü ildir ki, uğurla davam edir. Bu illər ərzində dövlətimiz bir təşkilata rəhbərlik edərək onun işinə, məqsədlərinə və qarşısına qoyduğu hədəflərə nail olmaq üçün ən uğurlu və müsbət nümunəni ortaya qoyub. Təşkilata sədrliyimizin insanlıq və bəşəriyyət üçün ən çətin bir dönəmə, dünyanı cənginə alan COVID-19 pandemiyası ilə mübarizə dövrünə təsadüf etməsinə baxmayaraq, bu amil Azərbaycanın fəaliyyətinə mənfi təsir etmədi. Əksinə, belə bir ümumbəşəri problemlə mübarizə üçün dövlətimiz həmin platformadan istifadə edərək mühüm qlobal çağırışlar etdi. Hətta BMT Baş Assambleyasının xüsusi sessiyasının çağrılmasına nail olmaqla demək olar ki, bütün dünya dövlətlərini bir qlobal problemin həlli ətrafında birləşdirdi.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov səsləndirib.

X.Bəşirovun sözlərinə görə, üçillik yekdil səs çoxluğu ilə etdiyi sədrlik müddətinin elə yenə də yekdilliklə bir il müddətinə uzadılması dövründə 150-yə yaxın beynəlxalq subyektin rəhbəri kimi Prezident İlham Əliyevin sədrliyi ilə Azərbaycan Qoşulmama Hərəkatına həm də institusional dəyişikliklər baxımından böyük töhfələr verib. Parlament Şəbəkəsinin və Gənclər Təşkilatının yaradılması, qadınlar platformasının formalaşdırlması prosesinin isə uğurla davam etdirilməsi bu istiqamətdə atdığımız uğurlu addımlar kimi təşkilatın tarixinə yazıldı.

Bu illər ərzində Azərbaycan pandemiya ilə mübarizə çərçivəsində ədalətli tədbirlərin həyata keçirilməsi, vaksin ayrı-seçkiliyinin qarşısının alınması, dövlətlərə inkişaf səviyyəsindən, yerləşmə regionundan və digər amillərdən asılı olmayaraq bərabər münasibətin göstərilməsinə nail oldu. Qlobal çağırışları və təşəbbüsləri, sadəcə, bu addımlarla məhdudlaşmayan Azərbaycan həm də, pandemiya ilə mübarizə üçün 80-dən çox ölkəyə maliyyə və humanitar yardım göstərib, 5 dövləti vaksinlə təmin edib və Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları məbləğində könüllü yardım göstərib. Bu ilin martında ölkəmizdə təşkilatın növbəti tədbirinə ev sahibliyi etməklə pandemiyadan sonra dövlətlərin, xüsusilə də yoxsul və ada ölkələrinin iqtisadiyyatlarının bərpası ilə bağlı təşəbbüs ortaya qoyan QH-nin sədri Azərbaycan iki istiqamətdə ilk donorluq rolunu da öz üzərinə götürdü.

“Bakıda keçirilən və bütün dünyanın diqqətində olan “Qoşulmama Hərəkatı: meydana çıxan çağırışlarla mübarizədə birgə və qətiyyətli” mövzusunda nazirlərin görüşü zamanı çıxış edən Prezident İlham Əliyev təşkilatın ən uzunmüddətli sədri kimi yenə də dünyaya önəmli çağırışlar etdi. Təşkilata üzv olan və uzun illər Fransanın müstəmləkəçilik siyasətindən əziyyət çəkən dövlətlərin nazirlərinin iştirakı ilə Fransadan etdiyi cinayətlərə görə gec də olsa zərərçəkmişlərdən üzr istəməsi çağırışını etdi. Dünyada artıq presedent olan bu üzr istəmə təşəbbüsü təşkilatın üzvləri tərəfindən yekdilliklə dəstəklənir. Ümumiyyətlə, təşkilata sədrliyimiz dönəmində yürütdüyümüz praqmatık xarici siyasətin və uğurlu diplomatiyanın ən əhəmiyyətli istiqamətlərindən biri Qoşulmama Hərəkatındakı fəaliyyətimizdir. Bir dövlətin mötəbər beynəlxalq platformadan istifadə edərək həm onun işində, həm də beynəlxalq aləmdə ədalətin və hüququn aliliyinin təmin olunması prosesində rol alması ən yüksək səviyyədə yalnız bu şəkildə ola bilər”, - deyə Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri diqqətə çatdırıb.

O vurğulayıb ki, Azərbaycan bu platformadan təkcə özünün keçmiş probleminin həlli istiqamətində deyil, ümumilikdə təşkilatın bütün üzvlərinin və beynəlxalq ictimaiyyətin maraqlarının təmin olunmasına və hüquqlarının qorunmasına çalışdığını nümunəvi fəaliyyəti ilə sübut edib. Bir sözlə, Qoşulmama Hərəkatı Azərbaycanın sədrliyində qlobal çağırışları, insanlığın problemlərinin həlli istiqamətində irəli sürdüyü təşəbbüsləri və səmərəli fəaliyyəti ilə BMT-ni belə kölgədə qoymağı bacarıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Pentaqon ABŞ seçkilərinə xarici müdaxiləyə qarşı süni intellektdən istifadə edəcək

ABŞ İran və İraq arasında bəzi uçuşları sanksiyalardan azad edə bilər

Suriyada qaz boru kəmərində güclü yanğın baş verib

Azərbaycan Limada mədəniyyəti və turizm xəzinələrini nümayiş etdirib

Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində “Qış səyahəti” adlı musiqili gecə

Murad Rəfiyev: Biz bu yarışa çox hazırlaşmışdıq

Dünya çempionatında qızıl medal qazanan gimnastlarımız: Layiq olduğumuz nəticəyə nail olduq

Dünya çempionatında uğur qazanan akrobatlar Vətənə qayıdıblar

UEFA Millətlər Liqası: Belçika Fransa yığmasına məğlub olub

Romada “Harmoniya” sənədli filminin təqdimatı olub

Bakıda 16 marşrutun hərəkət sxemi müvəqqəti dəyişdiriləcək

Tramp: ABŞ və İran vasitəçilər vasitəsilə yeni əlaqələr qurublar

ABŞ dörd Latın Amerikası ölkəsinin rəsmilərinə viza məhdudiyyəti tətbiq edib

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol qəzası olub

“Axios”: Tramp nüvə məsələsində irəliləyiş olarsa, İrana qarşı sanksiyaları yumşalda bilər

Britaniya aviabazaya hücum planında şübhəli bilinənləri azadlığa buraxıb

Media: İran uranın zənginləşdirilməsini dayandırmağa razılaşıb

Təranə Paşayeva: Qənirə Paşayevanın xeyirxahlıq missiyasını yaşatmaq istəyirik

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

Ağsuda dağlıq ərazidə baş verən yanğın məhdudlaşdırılıb YENİLƏNİB VİDEO

“Loqos Qadın Uzunömürlülük Rezidensiyası”nda Qənirə Paşayevanın Xatirə Otağı açılıb

“Xalq memarlığının Şəki üslubu. Onu formalaşdıran fasad naxışları” kitabı təqdim olunub

BMT-də qayıdış hüququ və dekolonizasiya mövzusunda beynəlxalq konfrans keçirilib -YENİLƏNİB

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

İğdırda “Şuşa” uşaq bağçasında “Xarıbülbül” rəngləmə müsabiqəsi keçirilib VİDEO

BMT-də qayıdış hüququ və dekolonizasiya ilə bağlı səssiz aksiya keçirilib

Yaroslavl vilayətində müəssisədə baş verən yanğın nəticəsində 10 nəfər həlak olub

“Qayıdış hüququ və dekolonizasiya: gecikmiş tarixi ədalətin bərpası” konfransının iştirakçıları BMT-nin Xüsusi Məruzəçilərinə birgə müraciət qəbul ediblər

Şahin Mustafayev İranın yol və şəhərsalma naziri Fərzanə Sadiq ilə görüşüb

Vudli Çarlz Albertis: Qayıdış üçün insanların öz doğma yurdunda ləyaqətli həyat şəraiti olmalıdır

Azərbaycan və İtaliya arasında neft-kimya sahəsində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib

Prabjot Sinq Virrinq: Öz müqəddəratını təyinetmə hüququ bütün xalqlara şamil edilməlidir

Gürcüstanda Anım Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib

Azər Şükürov: Dağ-mədən sahəsində peşəkar idarəetmə mexanizmlərinin formalaşdırılması nəzərdən keçirilə bilər

“Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinin püşkü atılıb

Bu saata olan əsas xəbərlər

Azərbaycan Almatıda beynəlxalq neft-qaz sərgisində təmsil olunacaq

Svami Şarada: Azərbaycanda mənəvi cəhətdən yüksəlmək və inkişaf etmək üçün geniş imkanlar var

Fransua Benedetti: Xalqların azadlıq, ləyaqət və suverenlik mübarizəsi oxşar maneələrlə üzləşir

“BioNTech” Almaniyada üç istehsal müəssisəsini bağlayır

Sevinc Hacıyeva: Palçıq Vulkanları Kompleksinə dünyanın müxtəlif ölkələrindən turistlər gəlir

Dimitri Qenegei: Qayıdış hüququ tarixi ədalətin və xalqın öz taleyinə sahib çıxmasının bərpasıdır

Macarıstan parlamenti Baş nazir Peter Macyarın toxunulmazlığını dayandırıb

La-Manş boğazını keçməyə çalışan 3 miqrant həyatını itirib

Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub

Azərbaycan Kodeks Alimentarius Komissiyasının Avropa regionu üzrə koordinatoru olacaq

Vahid Tarif-İxtisas Sorğu Kitabçalarının İSCO-08 ilə uyğunlaşdırılması məsələsi nəzərdən keçirilib

Kimya İnstitutunda alunit filizindən vanadiumun çıxarılması üzrə tədqiqat aparılıb

Azərbaycan süni intellektdən maksimum dividend əldə edərək qeyri-neft iqtisadiyyatını yeni mərhələyə yüksəldə bilər - ŞƏRH

Səməd Vurğun oğlunun gözü ilə: Şair, insan və dövrün fenomeni

Cun Kristin Mari Sumer: Siyasi müstəqillik tam suverenlik demək deyil

Karlayl Korbin: Bakı Təşəbbüs Qrupunun dekolonizasiya məsələsində ardıcıl fəaliyyəti mühüm əhəmiyyət daşıyır

“28 May” Nəqliyyat Mübadilə Mərkəzi və “Şamaxinka”da yeni dayanacaqlar quraşdırılıb

Dövlət Uşaq Filarmoniyasında Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində növbəti konsert

Dünya Bankı: Orta Dəhlizin imkanlarından istifadə Azərbaycan üçün ÜDM-in əlavə 1,84 faiz artımını təmin edə bilər

Roda Rebekka Arrindell: Qayıdış hüququ bütün məcburi köçürülmüş xalqlara şamil edilməlidir

“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Prokurorluq orqanlarının yaradılmasının 108-ci ildönümünə həsr edilmiş tədbir olub VİDEO

Təhsil Tələbə Krediti Fondu növbəti beynəlxalq mükafata layiq görülüb

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

Doğma yurdunu azad edən gizir: “Mühasirəyə düşmüşdük...” VİDEO

“Vyanadan Bakıya”: Avropa caz ənənəsi ilə Azərbaycan musiqisinin vəhdəti

Özbəkistanda Data Mərkəzi layihələri üzrə investisiya 6 milyard dolları ötüb

Aİ-nin Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi dəniz koalisiyasına qoşulacağı gözlənilir

MDU ilə “Mingəçevir Tekstil” arasında əməkdaşlıq memorandumu imzalanıb

Şuşada mina partlayıb, 1 nəfər xəsarət alıb

Hər şey Vətən üçün... - şəhidin son döyüşü

Çinin Honkonq Kore Akademiyasının nümayəndə heyəti AMEA-da olub

H.A.Babayevin Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

M.S.Məmmədovun Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

N.O.Əliyevin Bakı şəhəri Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

BMT-də qayıdış hüququ və dekolonizasiyaya dair beynəlxalq konfrans keçirilir

Azərbaycandan MDB ölkələrinə məhsul ixracının dəyəri 13 faizdən çox artıb – QRAFİK

Azərbaycanın əlverişli investisiya mühiti uzunmüddətli tərəfdaşlıqlar üçün möhkəm zəmin yaradır RƏY

AMEA prezidenti: Azərbaycan-Gürcüstan elmi əlaqələri çoxillik tarixi ənənələrə malikdir

Qaz bazarında qiymətlərin sabitləşməsi Yaxın Şərqdəki münaqişənin başa çatmasından asılıdır

Media: Son 3 gündə 2300-dən çox husi öldürülüb və yaralanıb

“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb

“Qafqaz Albaniyası: tarixi və mədəni varislik”: DİA-da mühüm müzakirə

Tarixçi-alim: Albaniyanın etnik tərkibi mənbələrlə təsdiqlənir

Konstitusiya Məhkəməsi Plenumunun iclasında ombudsmanın sorğusu əsasında qərar qəbul edilib

Nazirlik: Dövlət sosial xidmətləri sahəsində süni intellektin imkanlarının tətbiqi üçün müvafiq “yol xəritəsi” üzrə işlər aparılır

Türk ekspert: Cənubi Qafqazın geoiqtisadi əhəmiyyəti daha da artır - ŞƏRH

“Deutsche Bank”: Gələn ilin ikinci rübündə misin qiyməti 22 min dolları ötəcək

Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib

Dua et ana, mən arzuma çatım... – Vətən müharibəsi şəhidinin son arzusu

Aqrar Sığorta Fondu əkin sahələrinə dəymiş zərərlər üzrə ödənişlərə başlayır

Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar

Tam orta təhsil bazasında kolleclərin boş qalan plan yerlərinə qəbulun nəticələri açıqlanıb

Azərbaycan xarici sərmayə üçün açıq və əlverişli məkandır - ŞƏRH

Kimya İnstitutunda alunit filizindən alüminium oksidinin alınması üzrə tədqiqat aparılır

Britaniyalı şahmatçı qadınlar arasında qrossmeyster adını qazanan ən gənc oyunçu olub

® “Rabitəbank” ətraf mühitin qorunması istiqamətində növbəti təşəbbüsünü həyata keçirib

Çin ilk dəfə özünün xüsusi yüksək hündürlükdə uçan “WZ-7” kəşfiyyat PUA-sından istifadə edib

Qazaxıstan Manqistau vilayətində daha bir hərbçinin həlak olması barədə yayılan məlumatı təkzib edib

Vətən müharibəsində qazanılan Zəfər Azərbaycan gəncinin üzərinə böyük məsuliyyət qoyur

Roma Papası Avropa ölkələrini münaqişələri sülh yolu ilə nizamlamağa çağırıb

Dağ üzərinə atılan çınqıl daşlar - ŞƏRH

Hindistanda daşqınlar və torpaq sürüşməsi nəticəsində 81 nəfər ölüb

Qazaxıstan və Avstriya Xəzər dənizi vasitəsilə daşımaları genişləndirmək niyyətindədir

Sumqayıt Sənaye Parkında ildə 250-300 elektrik avtobusu yığılması planlaşdırılır

Analitik: Azərbaycanın dayanıqlı inkişafı sərmayə yatırımlarını da artıracaq

“Ası Lo Dice Mexico" qəzeti: 27 Sentyabr milli iradənin və tarixi yaddaşın rəmzidir