Qrenlandiyanın yeni Baş naziri: Biz heç kimə aid deyilik
Bakı, 31 mart, AZƏRTAC
Qrenlandiyanın yeni Baş naziri Yens-Frederik Nilsen ABŞ Prezidenti Donald Trampın açıqlamasına reaksiya verərək, adanın ABŞ-ın mülkiyyətinə keçəcəyini təkzib edib.
AZƏRTAC xəbər verir ki, bu barədə Baş nazir özünün feysbuk səhifəsində yazıb.
"ABŞ Qrenlandiyanı almayacaq. Biz heç kimə aid deyilik. Gələcəyimizi özümüz müəyyən edirik. ABŞ Prezidentinə Qrenlandiyanın bizim olduğunu aydın və sakit şəkildə göstərməliyik", - deyə Nilsen qeyd edib.
Baş nazir əlavə edib ki, adanın sakinləri Trampın bəyanatlarından qorxmamalıdırlar. Onun sözlərinə görə, bu cür bəyanatlar sakit, ləyaqət və birlik ilə qəbul edilməlidir.
Bir gün əvvəl Tramp bəyan etmişdi ki, ABŞ Qrenlandiyanı əldə etmək məqsədinə nail olacaq. Ağ Ev rəhbərinin sözlərinə görə, Vaşinqtonun hərbi güc tətbiq etmədən bunu edə biləcəyi ehtimalı yüksəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [21:32]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:21]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [18:52]
Çində dünyanın ən böyük LNG daşıyan tankerinin inşasına başlanılıb
- 10.06.2026 [18:15]