QROZNIDA TERROR AKTI NƏTİCƏSİNDƏ ÇEÇENİSTAN PREZİDENTİ ƏHMƏD QƏDİROV HƏLAK OLMUŞDUR
Həmin terror aktı nəticəsində 4 adam, o cümlədən Ceçenistan Prezidenti Əhməd Qədirov və respublika Dövlət Şurasının başçısı Hüseyn İsayev həlak olmuşlar. 53 nəfər müxtəlif dərəcədə xəsarət almışdır. Şimali Qafqaz birləşmiş qoşun qruplaşmasının komandanı Valeri Baranov da ağır yaralananlar arasındadır. Onun üzərində cərrahiyyə əməliyyatı aparılmış və ayağı amputasiya olunmuşdur.
Çeçenistan Respublikası Konstitusiyasının 76-cı maddəsinə müvafiq surətdə respublika başçısının vəzifələrini müvəqqəti olaraq Çeçenistan hökumətinin sədri Sergey Abramov icra edəcəkdir.
RF Prezidenti Vladimir Putin Çeçenistan Prezidentinin təhlükəsizlik xidmətinin rəisi, Əhməd Qədirovun oğlu Ramzan Qədirovu Kremldə qəbul etmişdir. Görüşdə V.Putin demişdir: “Çeçenistan Respublikasının Prezidenti son dörd il ərzində öz xalqı qarşısındakı borcunu ləyaqətlə və cəsarətlə yerinə yetirmişdir. O, həqiqətən də qəhrəman bir insan idi. Əhməd Qədirov mayın 9-da, ümummilli bayramımızda həyatdan getdi, özü də qalib kimi getdi”.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [14:48]
Türkiyədə məktəbdə baş verən silahlı insidentlə bağlı yayım qadağan olunub
- 22.09.2026 [14:14]
Avropada dizelin bahalaşması Macarıstanda da qiymətlərə təzyiqi artırır
- 22.09.2026 [12:52]
Liviyada qanunsuz silahlı dəstə neft kəmərini ələ keçirib
- 22.09.2026 [12:26]
Prezident Tokayev Qazaxıstan Xalq Şurasının tərkibini təsdiq edib
- 22.09.2026 [12:25]
Gürcüstan və Türkiyə liderləri Nyu-Yorkda görüşüblər
DİN müsabiqə elan edir
- [14:26]
Bəzi yerlərdə duman olacaq
- [12:33]
Bu saata olan əsas xəbərlər
- [12:00]