Quba Rayon İcra Hakimiyyətinin kollektivi Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə edib
Quba, 26 mart, Elxan Yusifli, AZƏRTAC
Quba Rayon İcra Hakimiyyətinin kollektivi Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etmək təşəbbüsünə qoşulublar.
İcra Hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, aparatın əməkdaşları koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində yayılmasının qarşısının alınması, virusla bağlı yaranmış situasiyanın ölkə iqtisadiyyatına vurduğu mənfi təsiri azaltmaq məqsədilə Prezident İlham Əliyevin başlatdığı genişmiqyaslı və çoxşaxəli tədbirlərə tam dəstəyini ifadə ediblər.
Quba Rayon İcra Hakimiyyətinin başçısı və aparatının əməkdaşları bir aylıq əməkhaqqını könüllü şəkildə Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürüb.