Quba-Xınalıq yolu bağlandı
Quba, 16 iyun, Elxan Yusifli, AZƏRTAC
İyunun 15-i gecə saatlarında Qubada yağan güclü leysan yağışları səbəbindən yaranan sel suları Quba-Xınalıq yolunun bağlanmasına səbəb olub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, yolun 50-57-ci kilometrliklərində dağlardan qopan torpaq kütləsi və daş parçaları yolun hərəkət hissəsinə tökülüb. Yolda avtomobillərin hərəkətinin bərpası üçün Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin yerli qurumunun texnikaları əraziyə cəlb olunub.
Leysan yağışları nəticəsində yaranan sel Bostankeş kəndində həyətlərə dolub, fərdi təsərrüfatlar və yol infrastrukturu da yararsız hala düşüb.
Quba Rayon İcra Hakimiyyətindən bildirilib ki, hazırda selin törətdiyi fəsadların aradan qaldırılması üçün müvafiq tədbirlər görülür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [14:15]
Naxçıvanda “RehaBus” layihəsi üzrə əlilliyi olan 216 şəxsə xidmət göstərilib
- 30.09.2026 [14:11]
Oğuzda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar
- 30.09.2026 [13:38]
Böyük Qayıdış: Daha 19 ailə Xocalı və Ağdərəyə qayıdıb
- 30.09.2026 [13:29]
Xaçmazda məktəblini avtomobil vurub VİDEO
- 30.09.2026 [13:00]
Şükürbəyli kəndində daha 9 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB
- 30.09.2026 [11:28]
Qusarda şəhidlərin xatirəsi anılıb
- 30.09.2026 [11:03]