Qubada 3 nəfəri it dişləyib VİDEO

Quba, 24 aprel, Elxan Yusifli, AZƏRTAC
Aprelin 24-də Quba rayonu ərazisində it dişləməsi nəticəsində xəsarət alan 3 nəfər Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
TƏBİB-dən AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, 2018-ci il təvəllüdlü şəxsə (kişi cinsli) üzün və kəllənin çoxsaylı dişlənmiş, cırılmış yaraları, 1970-ci il təvəllüdlü şəxsə (qadın cinsli) qarının, sol budun ön səthinin dişlənmiş, sıyrılmış yaraları, 1967-ci il təvəllüdlü şəxsə (qadın cinsli) isə sol saidin arxa səthinin sıyrılmış, dişlənmiş yarası diaqnozu təyin edilib.
Yaralılara ilkin zəruri tibbi yardım göstərilib və quduzluq əleyhinə vaksin vurulub.
Yaralılardan birinin müalicəsi Travmatologiya şöbəsində davam etdirilir. İki nəfər isə zəruri tibbi xidmətlər göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.05.2025 [12:40]
Mən turist olsaydım - Duzdağ Müalicə Mərkəzinə qısa səyahət VİDEO
- 15.05.2025 [11:14]
Lənkəranda silsilə oğurluqlar edən şəxs saxlanılıb
- 15.05.2025 [01:36]
Qazaxda Beynəlxalq Ailə Gününə həsr olunmuş tədbir keçirilib
- 14.05.2025 [23:02]
Cəhri-Buzqov avtomobil yoluna düşən qaya parçaları hərəkəti məhdudlaşdırıb
- 14.05.2025 [17:51]
NDU-da tanınmış macar yazarın “Yaşam üçün nəfəs” tamaşası nümayiş olunub
- 14.05.2025 [17:08]
Xaçmazda avtomobil vuran məktəbli hadisə yerində ölüb
- 14.05.2025 [15:16]