Qurban Qurbanov “Gent”- “Kortriyk” matçını izləyib
Bakı, 16 yanvar, AZƏRTAC
Ağdamın “Qarabağ” futbol klubunun UEFA Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi “Gent” Belçika çempionatında növbəti oyununa çıxıb.
AZƏRTAC xəbər verir ki, komanda 20-ci turda “Kortriyk”lə qarşılaşıb. Oyun “Gent”in 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Görüşü izləyənlər arasında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov və klubun video-analitik məşqçisi Yanuş Vasilyev də olub.
Bu qələbədən sonra “Gent” turnir cədvəlində 34 xalla beşinci pillədəki mövqeyini möhkəmlədib. “Kortriyk” isə 18 xalla 15-cidir.
Xatırladaq ki, "Qarabağ" Belçika təmsilçisinə qarşı ilk matçını fevralın 16-da evdə, cavab qarşılaşmasını isə fevralın 23-də səfərdə keçirəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [16:19]
Azərbaycanı dünya çempionatında 5 yelkənçi təmsil edəcək
- 10.06.2026 [14:40]
DÇ-2026 FIFA-ya 9 milyard dollar gəlir gətirə bilər
- 10.06.2026 [13:54]
Azərbaycan şahmatçıları Dünya Kubokunda mübarizə aparacaqlar
- 10.06.2026 [13:07]
Azərbaycanlı voleybolçular Serbiyada təlim-məşq toplanışı keçəcəklər
- 10.06.2026 [12:50]