Qusarda taxıl sahələrindən 5 min tondan çox məhsul yığılıb
Qusar, 30 iyun, Elxan Yusifli, AZƏRTAC
Şimal regionunun əsas taxılçılıq rayonlarından sayılan Qusarda bu günə kimi 1805 hektar sahədə biçin yekunlaşıb, sahələrdən 5 min tondan çox məhsul yığılıb.
Qusar Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Rauf Minhacov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, rayonda biçin prosesinə 41 kombayn cəlb olunub.
“İstirahət günləri olmasına baxmayaraq rayonda yaradılmış biçin üzrə qərargahın üzvləri yerlərdə fermer və mexanizatorlarla mütəmadi görüşlər keçirirlər. Mütəxəssislər təsərrüfatçılarla lazımi maarifləndirmə söhbətləri aparırlar”, - deyə Rauf Minhacov söyləyib.
Bu il Qusar rayonunda 23 min 830 hektar sahədə payızlıq taxıl əkilib. Əkinlərin 16 min 8 hektarı buğda, 7 min 822 hektarı arpa sahələridir.