Qusarda turizm obyektlərinin sayı artır
Qusar, 12 iyun (AZƏRTAC). Qusar rayonunun nadir iqlim şəraiti, əsrarəngiz təbiət mənzərələri, çiçəkli yaylaqları, qarlı dağları bu bölgədə turizmin inkişafı üçün geniş perspektivlər açır. Bu səbəbdən rayona gələn yerli və xarici turistlərin sayı ildən-ilə artır. Ötən il rayona turist axınında 2007-ci illə müqayisədə 50 faiz artım müşahidə olunmuşdur.
AZƏRTAC xəbər verir ki, bu gün Qusarda irili-xırdalı 9 turizm obyekti fəaliyyət göstərir. Özəl sektorda turizm-istirahət komplekslərinin sayının artması müşahidə olunur. İstirahət mərkəzlərində qonaqların mənalı istirahəti üçün hər cür şərait yaradılmışdır.
Rayona gələn qonaqların daha çox meyil göstərdiyi kənd turizminin inkişafı istiqamətində də müəyyən işlər görülmüşdür. Rayona gələn turistlərin məlumatlandırılması məqsədi ilə turizm potensiallı yaşayış məntəqələrində müxtəlif məlumatlar, turizm, ictimai-iaşə obyektləri, poçt, tibb məntəqələri haqqında göstəricilər yerləşdirilmişdir.
Rayon ərazisində yerləşən tarixi abidələrə gedən yollar təmir olunmuşdur. Qusar şəhəri və ayrı-ayrı kəndlər üzrə fərdi evlərdə turistlərə xidmət göstərə biləcək şəxslər müəyyənləşdirilmiş, onlara bu istiqamətdə məsləhətlər verilmişdir.
Kənd bələdiyyələrinin əraziləri üzrə turistlərin istirahət edə biləcəkləri marşrutlar müəyyənləşdirilmişdir.
Bir sözlə, bənzərsiz mənzərələri olan Qusarın turizm imkanlarının genişləndirilməsi istiqamətində işlər uğurla davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.06.2026 [13:48]
Ekspert: Azərbaycan turizm sənayesi yay mövsümünə hazırdır
- 04.06.2026 [12:20]
İnanc yeri, turizm məkanı - Əshabi-Kəhf VİDEO
- 04.06.2026 [11:28]
Azərbaycanın turizm imkanları Çində beynəlxalq tədbir çərçivəsində tanıdılıb
- 03.06.2026 [17:37]
Turizm eksperti: Son illərdə Azərbaycana turist marağı durmadan artır
- 29.05.2026 [15:58]
Çində Azərbaycanın turizm nümayəndəliyi açılıb VİDEO
- 23.05.2026 [13:35]
Bakı–Tbilisi qatarının bərpası turizm sektorunu canlandıracaq
- 20.05.2026 [16:38]
Azərbaycanın qastroturizm imkanları beynəlxalq sərgidə təqdim olunub
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]